Şəhidlər məscidi Bakı şəhərində, Şəhidlər xiyabanında yerləşir. Məscid Türkiyə Diyanət Vəqfinin “Gintaş” Anonim Şirkəti tərəfindən 1993-1996-cı illərdə inşa edilib. Tikili “Türk məscidi” kimi də tanınır. [http://www.dqdk.gov.az/az/view/objects/39]
Məscidin lövhəsində bu sözlər yazılıb: “Bu məscid Azərbaycan torpaqlarının müdafiəsində şəhid olub, bu ətrafda yatan qəhrəman əsgərlərin əziz xatirəsini yaşatmaq üçün türk xalqı adından Türkiyə Diyanət Vəqfi tərəfindən tikilib. Şəhidlər məscidi Anadolu türklərinin azərbaycanlı qardaşlarına bir hədiyyəsidir”. Binanın yanında türk məzarlığı yerləşir.
Məscidin tikilməsinə 825 min dollar vəsait sərf edilib. Məscidin öz hündürlüyü 15, minarəsinin hündürlüyü 30 metr təşkil edir. Məscid Osmanlı memarlıq üslubunda inşa edilib. Baş günbəzində “İxlas” surəsi yazılıb. Məscidin mehrabının üstündə və digər yerlərində yazılar həkk olunub. [Azərbaycan Respublikası məcsidlərinin ensiklopediyası. Bakı-2001]
2009-cu ildə məsciddə bərpa işləri aparılmışdır.
[URIS id=122239]