top
Sovet rəhbərlərinin portretlərini çəkməkdən imtina edən rəssam: Kamal Əhmədov
29 noyabr 2022, 12:30
- +

Sovet rəhbərlərinin portretlərini çəkməkdən imtina edən rəssam: Kamal Əhmədov

Kamal Əhməd oğlu Əhmədov 28 fevral 1940-cı ildə Bakıda, İçərişəhərdə inşaatçı-mühəndis  ailəsində anadan olub.

Ailə bir müddət Ağdamda yaşayır. Valideynləri vəfat etdikdən sonra atasının vəsiyyətinə uyğun olaraq, Kamalı Bakıya aparıb, Şüvəlan uşaq evinə verirlər və o, 18 yaşınadək burada qalır. Uşaq evinin direktoru onunla rəsmlə məşğul olur, sərgi və konsertlərə aparır, poeziyaya olan marağını təqdir edir. Uşaq evində keçirilən görüşündə Səməd Vurğun Kamalın şeir söyləməsini bəyənir. Şair səkkiz yaşlı Kamalı qucağına alıb, onun böyük gələcəyinin olacağını söyləyir. [Афет Ислам. А он, мятежный, просит бури…Каспiй.-2017. - 27 мая. - С. 19-20.]

Kamal 1964-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Deyilənlərə görə, sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün gənc rəssam təhsilini çətinliklə başa vurur. Ona müəllimi, rəssam Vəcihə Səmədova kömək edirdi.

Kamalın rəssam Səttar Bəhlulzadə ilə tanışlığı sənətkarın həyat tərzinə, fikirlərinə təsir göstərir. O, Səttar Bəhlulzadə kimi, Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanır, “dərviş”ə çevrilir. Kamal uzun müddət Abşeronun Görədil kəndində yarıuçuq, elektrik cərəyanı olmayan evdə yaşayır və yaradır. [https://modern.az/az/news/133343/ressam-kamal-ehmed-o-da-bir-xalq-emanetidi- ]

1987-ci ilin aprelində Bakıda Kamal Əhmədin ilk sərgisi keçirilir. Həmin sərgidən sonra o, tez bir zamanda şöhrət qazanır. 1988-ci ildə Moskvada Ümumittifaq sərgisinin diplomuna, 1989-cu ildə isə Xəzəryanı respublikaların (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan) I Biennalesində (rəsm sərgisi) “Qran-pri” mükafatına layiq görülür.

1980-ci illərin sonundan Əhmədovun əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirilir, onun işləri muzey və şəxsi kolleksiyalarda saxlanılır. 1989-cu ildə Kamal İtaliyanın Vareze şəhərində sovet rəssamlarının qrup sərgisində iştirak edir. Sərgidə SSRİ-dən doqquz sənətkarın əsərləri nümayiş etdirilir. Şəhər meri sərginin açılışında Kamal Əhmədi “müasir incəsənət tarixində yeni şəxsiyyət” adlandırır, hətta onun əllərindən öpür. [Kamal Əhməd, 1940-1994 [İzomaterial]. Bakı-2013] [Афет Ислам. А он, мятежный, просит бури…Каспiй.-2017. - 27 мая. - С. 19-20.]

Kamalın sonuncu əsəri, onun tamamlaya bilmədiyi “Avtoportret. Çarmıxa çəkilmə” olub.

Kamal Əhmədov 29 noyabr 1994-cü ildə xərçəng xəstəliyindən 54 yaşında dünyasını dəyişib.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər