Bakı funikulyoru Şəhidlər xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən nəqliyyat vasitəsidir.
Funikulyor 1960-cı ildə Bakı meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmiş və 5 may tarixində istifadəyə verilmişdir. Layihənin baş konstruktoru Raçik Arakelov idi. SSRİ vaxtında fəaliyyət göstərən qatarlar xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq Bakıya gətirilmişdir. [Бакинский фуникулер — OurBaku]
Funikulyor təkcə bakılılar arasında deyil, bütün Sovet İttifaqında şöhrət qazanmışdır. Sakinlərlə yanaşı, şəhərə gələn turistlər də bu nəqliyyat vasitəsindən istifadə edirdilər.
1980-ci illərin sonlarında qəzalı vəziyyətə düşən funikulyor 1990-cı illərin əvvəllərində bağlanıb. Funikulyor 2001-ci ildə bərpa edilib, yenidən istifadəyə verilib, 2007-ci ildə ikinci dəfə təmir edilib. [https://azerhistory.com/?p=5169]
2011-ci ildə Bakı funikulyoru yenidən təmirə dayandırılıb və 23 may 2012-ci ildə yenidənqurmadan sonra istifadəyə verilib. Buraya xüsusi sifarişlə Almaniyadan yeni qatarlar, kompüter sistemi və avadanlıqlar gətirilib. Hər vaqon 28 oturacaqla təchiz olunub, bundan əlavə, 12 nəfər üçün ayaq üstü sərnişin yerləri ayrılıb.
Bakı funikulyorunun “Bəhram Gur” və “Şəhidlər Xiyabanı” adlı iki stansiyası var. Stansiyalararası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan funikulyorda vaqonlar bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Funikulyor hər 10 dəqiqədən bir yola düşür. [https://news.day.az/azerinews/1108798.html]