top
Sonuncu dərviş Səttar Bəhlulzadə
02 aprel 2022, 16:00
- +

Sonuncu dərviş Səttar Bəhlulzadə

Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub.

Bəhlulzadə 1927-1931-ci illərdə keçmiş Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Yaradıcılığa “Kommunist” qəzetində rəssam Əzim Əzimzadənin rəhbərliyi altında başlayıb.

Burada o, müxtəlif mövzu və janrda qrafik rəsmlər çəkirdi. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunub. [Azərbaycan Sovet Ensiklopediyası. Bakı-1979]

Bəhlulzadəni öz davamçısı kimi görən Əzim Əzimzadə Səttarın rəsm sahəsində ali təhsil almağını istəyib. Buna görə Səttar 1933-cü ildə Moskva Rəssamlıq İnstitutunun qrafika fakültəsinə daxil olub. Başqalarından fərqli olaraq rəssam diplom müdafiəsində bir yox, iki əsər hazırlayıb. Lakin Böyük Vətən müharibəsinin (1941-1945) başlaması ona diplomunu müdafiə etməyə imkan vermir və o, Bakıya qayıdır. Müharibədən sonra onu Moskvaya diplom müdafiəsi üçün dəvət etsələr də, o etiraz edir və belə cavab verir: “Məgər diplomsuz rəssam olmaq olmaz?

Səttar Bəhlulzadə hisslərini gizlədən, qapalı, pul ilə maraqlanmayan insan olub. Əsərlərini heç vaxt sifarişlə yaratmayıb. Bu xasiyyətinə görə “Sonuncu dərviş” kimi tanınıb. [https://www.youtube.com/watch?v=YTHIV-QK6dE]

O deyərdi ki: “İlham və təbiət üçün Qogen kimi Taiti adasına getmədim və başqalarına bunu etməyi məsləhət görmürəm. Çünki insanların həyatı, doğma vətəni - əsl ilham mənbəyidir”.   [https://www.azerbaijan-news.az/view-179355/tebietin-settar-rengi]

Səttar Azərbaycan boyakarlıq sahəsində mənzərə rəsminin banilərindən hesab edilir. Bəhlulzadənin “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı” kimi əsərləri var. Xalq şairi Bəxtiyar Vahabzadə rəssam haqqında belə deyirdi: “Bəhlulzadənin əsərlərinə baxarkən ana yurdumuzun gözəlliyinə və əzəmətinə bir daha vuruldum”. [Ələsgərov B. Boyalarda yaşayan ömür. Bakı-2009]

Dünyanın bir çox ölkələrində rəssamın sərgiləri keçirilib və əsərləri muzeylərdə eksponat kimi saxlanılır. 

Bəhlulzadə “Qırmızı Əmək Bayrağı” ordeni, “Azərbaycan SSR əməkdar incəsənət xadimi”, “Azərbaycan SSR xalq rəssamı” fəxri adları ilə təltif olunub. [Azərbaycanın görkəmli şəxsiyətləri. Səttar Bəhlulzadə. Biblioqrafiya. Bakı-2009]

Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib. Vəsiyyətinə uyğun olaraq o, Əmircan qəsəbəsində, anasının yanında dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər