top
Rusiya imperiyasının ilk kollektiv müqaviləsi: Mazut konstitusiyası
03 yanvar 2023, 15:00
- +

Rusiya imperiyasının ilk kollektiv müqaviləsi: Mazut konstitusiyası

1904-cü ilin dekabrında Bakıda fəhlələrin tətili baş verib. Tətildə 50 mindən çox fəhlə iştirak edib. Hərəkat 30 dekabr “Mazut konstitusiyası” adlı sənədin imzalanması ilə nəticələnib. Bu sənəd Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk kollektiv müqavilədir.

XIX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı əcnəbi işçilərin sayının və şəhər əhalisinin artmasına səbəb olmuşdur. Əcnəbilər, əsasən, texniki və inzibati nəzarət işləri həyata keçirən rəhbər vəzifələr tuturdular. Azərbaycanlılar, tatarlar və farslar isə ağır “qara” işlərlə məşğul idilər. Maaşların azlığı, hüquqsuzluq, 12 saatlıq iş günü, sahibkarların təhlükəsizlik tədbirlərinə əhəmiyyət verməməsi Bakıda böyük fəhlə tətilinin başlamasına səbəb olmuşdur. [Нина Крутикова. Бакинская стачка 1904. Москва-1940]

Dekabrın 12-də “Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı” çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən başqa, bütün sənaye fəhlələrini ümumi tətilə çağırdılar. Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, Bibiheybət, Qara şəhərin fəhlələri işi dayandırdılar. Elektrik stansiyaları, dəmir yolu nəqliyyatı dayandı. Bakı limanındakı gəmilərin heyətləri də tətil etməyə başladılar. Bu hərəkata 40-a yaxın firmanın fəhlə və qulluqçuları qoşuldular. [Azərbaycan tarixi 1900-1920. Bakı-2008]

İki həftəlik tətil zamanı 225 neft qülləsi yandırılıb, neft hasilatının azalması 30 milyon pud təşkil edib. Bundan zərər çəkən neft sənayeçiləri danışıqlara getməyə məcbur oldular. Dekabrın 30-da Bakının “Elektriçeskaya sila” zavodunda böyük fəhlə kütləsinin əhatəsində “Mazut konstitusiya”sı adı ilə tanınan kollektiv müqavilə imzalandı.

Bu sənədə görə, iş günü 9 saata endirildi, əməkhaqqı 20-25% artırıldı. Fəhlələr həftədə bir gün istirahət etmək, ildə bir dəfə məzuniyyətə çıxmaq hüququnu qazandılar. Cənubi Azərbaycandan çörəkpulu qazanmağa gələn işçilərlə yerli fəhlələr arasında əməkhaqqı ödənilməsində qeyri-bərabərlik aradan qaldırıldı. [Первые рабочие союзы нефтяников и "Мазутная Конституция" — OurBaku]

Bu hadisədən sonra 1905-ci ilin oktyabr-noyabr aylarında Rusiyanın bir çox şəhərlərində ilk peşəkar təşkilatlar yaranmağa başladı. [Багирова И.С. Политические партии и организации Азербайджана в начале ХХ века: 1900-1917]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər