top
Şərqin ilk müsəlman qız məktəbi
08 iyul 2023, 13:01
- +

Şərqin ilk müsəlman qız məktəbi

İmperatriça Aleksandra rus-müsəlman qız məktəbinin binası Bakıda, İstiqlaliyyət küçəsi, 8-də yerləşir. Bina 1898-1901-ci illərdə tikilib. Binanın layihəsi Bakının baş memarı İ.V.Qoslavskiyə məxsusdur.

Məktəb xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. O, çar II Nikolayın tacqoyma mərasimində imperatorun yoldaşı Aleksandraya bahalı hədiyyə alır və qız məktəbi açmaq barədə fikir irəli sürür. Tağıyev rica edir ki, həmin məktəbə çarın həyat yoldaşının adı verilsin. 1896-cı ildə məktəbin açılmasına icazə verilir. [https://azerhistory.com/?p=7282]

Məktəb üçün bina Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində, İsmailiyyə binasının yanında tikilir. Lakin müsəlman qızları üçün müasir məktəbin açılması xəbəri şəhər ruhanilərini, qoçuları qane etmir. Onlar etiraz edir, qızları təzə məktəbə göndərənlərin evinə gedib, onları öldürürlər.

Bu səbəbdən qızlar çariça Aleksandraya teleqram göndərir, ona minnətdarlıq sözləri yazırlar. İki gündən sonra isə çariça qızlara cavab yollayır, yeni məktəbdə əla oxuyub, Vətənə faydalı olmalarını arzulayır. Bu teleqram bütün mübahisələrə son qoyur. [Манаф Сулейманов. Дни Минувшие. Баку-1990]

1901-ci ildə əhali məktəbin açılışına toplaşmışdı. “Kaspi” qəzeti həmin hadisəni belə təsvir edərək yazırdı: “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəfləri ilə dolmuşdu… Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu…” .

Məktəbə 58 qız qəbul edilmişdi, onlardan 35-i kasıb ailələrdən idi. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idilər. Məktəbin birinci müdiri Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım olmuşdur. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi. Tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunurdu. 1913-cü ildə məktəb Qızlar seminariyası statusu almışdır və 6 illik olmuşdur. [http://azhistorymuseum.gov.az/az/news/3161]

Tağıyevin qızlar məktəbinin binasında 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti yerləşib. Sovet dövründə burada Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti fəaliyyət göstərib. Bu gün binada AMEA-nın Əlyazmalar İnstitutu yerləşir. [Александринская женская мусульманская школа - Институт рукописей АН (Баку). — OurBaku]

[URIS id=105740]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər