Buxara karvansarayı İçərişəhərdə, Qız qalasının yaxınlığında Qüllə küçəsində yerləşir.
Karvansaray XV əsrin sonunda “İpək yolu”nda tikilib və mehmanxana kimi fəaliyyət göstərib. Burada, əsasən, Orta Asiyadan gələn tacirlər və səyyahlar qaldıqlarına görə tikilinin adı Buxara olub. [Музеи, заповедники, галереи Баку. Баку-2015] [https://www.azerbaijans.com/content_1773_en.html]
Bina kvadrat formasındadır, səkkizguşəli həyəti otaqlarla əhatə olunub və bir giriş portalı var. Gündəlik ticarət sövdələşmələrindən sonra tacirlər və səyahətçilər üçün bir istirahət yeri kimi xidmət etmişdir. Əfsanəyə görə, quldurlardan müdafiə olunmaq üçün axşamlar karvansarayın giriş qapısı bağlanırdı. [https://www.medeniyyet.az/page/news/12454/Buxara-karvansarasi.html] [https://www.youtube.com/watch?v=luKYAtXPLeE]
1964-cü ildə bərpа işləri zamanı kаrvаnsаrayın binаsı sonradan əlаvə еdilmiş tikililərdən sökülmüşdür. Burada arxeoloji qazıntılar aparılarkən karvansaray altından Bakını su ilə təchiz edən borulu su xətti aşkar olunmuşdur. [525-ci qəzet.- 2011.- 15 aprel.- S.6.]
Hal-hazırda karvansaray restoran kimi fəaliyyət göstərir.