top
Qolçomaqların öldürmək istədiyi yazıçı Qılman İlkin
06 noyabr 2022, 15:00
- +

Qolçomaqların öldürmək istədiyi yazıçı Qılman İlkin

Qılman İsabala oğlu Musayev 28 aprel 1914-cü ildə Bakının Mərdəkan kəndində anadan olub. Onun qardaşı Qurban Musayev də yazıçı olduğundan çox zaman qəzetlərdə adları qarışıq düşüb. Bu səbəbdən o, özünə İlkin təxəllüsünü götürüb.

Qılman İlkin 1929-cu ildə, orta məktəbi qurtarmağına bir il qalmış 15 yaşında Xaçmaz rayonunun Əhmədoba kəndinə müəllim göndərilir. Yazıçı həmin illəri "Ömrün oğlan çağları" povestində qələmə alır. O, kənd sovetinin sədri işləyən bir cavan oğlanın evində qalır. Qılman kənd qızlarını məktəbə cəlb etdiyi üçün ölümlə təhdid edilir. Günlərin birində o, kitab-dəftər almaq üçün Bakıya getməli olur. Qayıdanda isə görür ki, qolçomaqlar səhvən Qılmanın yerinə həmin oğlanı öldürüblər. [https://kulis.az/xeber/media/Knd-adamlari-qizlarina-gor-onu-oldurmk-istdilr-colorredXalq-yazicisindan-maraqli-faktlarcolor-30284

Yazıçı 1932-1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb. O, 1931-1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışıb.

Yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş, sovet ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmişdir. O, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.

Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi fəaliyyət göştərmişdir. Yazıçı 1960-1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963-1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967-1971-ci illərdə isə Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. [Qılman İlkin. Azərbaycan.- 2009.- 7 noyabr.- S. 4.]

Yazıçı 60 ildən artıq nasir kimi fəaliyyət göstərib və çox sayda hekayə, povest və roman yazıb. Onun əsərlərində tarixilik, vətənpərvərlik və tərbiyəvi mövzular aparıcı yer tutub. Yazıçı "Əsgər müharibədən qayıdırdı", "Çətin döngələr", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şıllaq atdı" pyeslərinin, "Şimal küləyi" povestinin, silsilə hekayələrin müəllifidir. Onun "Qalada üsyan" romanının əsasında "Tabe olmayan batalyon" bədii filmi çəkilmiş, "Cərrahlar", "Tayqa nağılı", "Geriyə yol yoxdur" kimi pyesləri dövrün televiziya tamaşalarına çevrilmişdir. [http://az.baku-art.com/az/kitabxana-qilman-ilkin-haqq-nda-melumat-paylash-b

Qılman İlkin "Azərbaycan Respublikasının Xalq yazıçısı" və "Əməkdar incəsənət xadimi" kimi fəxri adlara layiq görülüb.

Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakıda ürək çatışmazlığından vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Mərdəkan qəsəbəsində yazıçının adını daşıyan küçə var.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər