top
“Qaytar eşqimi” mahnısının ilk ifaçısı Oqtay Ağayev
04 yanvar 2024, 12:40
- +

“Qaytar eşqimi” mahnısının ilk ifaçısı Oqtay Ağayev

Oqtay Cəfər oğlu Ağayev 7 noyabr 1934-cü ildə Bakıda anadan olub. [Azərbaycan Milli Ensiklopediyası. Cild I. Bakı-2009] 

O, 1953-cü ildə ali təhsilini yarımçıq qoyaraq indiki Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olur. Burada müəllimi olan musiqiçi Sofya İvanovna Xalfen Oqtaya vokalı öyrədib və onun vokalist kimi inkişafında rol oynayıb. [https://kulis.az/xeber/media/qarovulcu-islediyi-teatrda-solist-olan-tacikistandan-balerina-qaciran-xalq-artisti-27197]

Əsgərlikdən qayıtdıqdan sonra Ağayev təhsilinə Bülbülün tələbəsi olan Firudin Mehdiyevin sinfində davam edib. 1958-ci ildə təhsilini bitirdikdən sonra bir müddət “Qaya” kvartetində, daha sonra isə Azərbaycan Dövlət Estrada Orkestrində işləyib. Orkestr ləğv olunduqdan sonra sənətkar 8 il işsiz qalıb. Heç bir fəxri ad almadığı üçün səhnədən inciyən Oqtay Ağayev indiki Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gözətçi olub. Bundan sonra həmin teatrda solist kimi çalışmağa başlayır. Yaşlı vaxtında səhnəyə qayıdan sənətkar birbaşa Xalq artisti adını alır. [Ekspress.- 2006.- 15 noyabr.- S. 13]

Oqtay Ağayev Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya kimi ölkələrdə qastrollarda olub, keçmiş SSRİ-nin bir çox respublikalarında səfərdə olub. O, sovet dövründə Kreml Sarayında 11 dəfə çıxış edib. Onun oxuduğu 200-dən çox mahnısı lentə yazılıb. [Mədəniyyət.- 2012.- 18 iyul.- S. 13]

Ağayevin repertuarında Tofiq Quliyev, Rauf Hacıyev, Tofiq Babayev kimi bəstəkarların mahnıları yer tutub. O, “Qaytar eşqimi”, “Sən ey uşaqlıq”, “Sənin bircə təbəssümün”, “Yadındamı”, “Azərbaycanım mənim”, “Qayalar”, “İçərişəhər”, “Bir səhər”, “Sevgilim” mahnılarının ifaçısıdır. [Mədəniyyət.- 2012.- 18 iyul.- S. 13]

Sənətkar, həmçinin “Dağlarda döyüş”, “O qızı tapın”, “Şərikli çörək”, “Xatirələr sahili” və başqa filmlərdə mahnıların ifaçısı olub. O, Vaqif Mustafayevin çəkdiyi “Yapon və yaponiyalı” filmində milis işçisi rolunu oynayıb. [https://metbuat.az/melumat/taninmis/79/oqtay-agayev.html]

Oqtay Ağayev 13 noyabr 2006-cı ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. [Azərbaycan Milli Ensiklopediyası. Cild I. Bakı-2009]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər