top
“Qəmli sürgün səhrası” olan Bakı necə abadlaşdırılmışdır
10 yanvar 2023, 19:30
- +

“Qəmli sürgün səhrası” olan Bakı necə abadlaşdırılmışdır

1853-cü ildə “Qafqaz” qəzetində “Bakıda həyat” adlı bir məqalə çap olunur. Məqalədə bu sözlər qeyd olunurdu:

“Oxucu deyəcək ki, Bakıda nə həyat var?... Doğrudan da, fırtınalar arasında, çılpaq torpaqda, səhra dənizinin sahilində həyat necə ola bilər. Əvvəl mən də xoşagəlməz hisslər yaşayırdım və Bakını qəmli sürgün səhrası adlandırırdım. Ətrafda çılpaq qayalar və tarlalar var, yaz mövsümündən başqa,heç vaxt ot, kol görməyəcəksiniz. Küləklər əsir, qalın toz buludlarını qaldırır...Lakin indi başqa zamanədir: biz bağlar salırıq və inşa ilə məşğul oluruq. Keçən yayın sonunda bizə yeni komendant Hoven təyin olundu. O, təbiətimizlə açıq mübarizəyə girməyə qərar verdi.” [Газета "Кавказ" №37 за 20.05.1853г.]

Roman (Reynxold) fon der Hoven 1852-ci ildə Bakı qalasının yeni hərbi komendantı təyin olundu. Bakının yeni komendantı arzu edirdi ki, şəhər “öz çılpaqlığını yaşıllıqla örtsün”. Onun təşəbbüsü ilə şəhərin abadlaşdırılması işlərinə başlanıldı. Torpaqların yaxşılaşdırılması məqsədilə komendant İrandan dəniz yolu ilə gələn tacirləri xüsusi vergi kimi bir neçə kubmetr münbit torpaq gətirməyə məcbur etdi.

Hoven təkcə yerli ağaclardan olan tut, zeytun, üzümü deyil, xaricdən gətirilən ağacları, o cümlədən qovaq, əncir ağacı, akasiya, söyüd, gənəgərçək, küncüt, həmçinin tərəvəz və çiçəklər də əkdirirdi. Qafqazın canişini knyaz Vorontsov onun təşəbbüsünü dəstəkləyərək “şəhərin abadlaşdırılması üçün toxum və gənc ağacların verilməsini” əmr etdi.

Bir neçə aydan sonra artıq Bakı qalasının şimal-şərqində bağlar salındı. Qalanın ətrafı və burada mövcud olmuş tikililər yaşıllıqlara büründü. [Тамара Гумбатова. Баку и немцы. Баку-2008]

XIX əsrin sonlarında və XX əsrin əvvəllərində şəhərin mərkəzi rayonlarında yaşıl zonalar - Mixaylov bağı, Marinski, Sisianov meydanları yaranır. Sonralar bağların sayı artırılır, həmçinin şəhərin ətrafındakı qəsəbələr abadlaşdırılır. 1880-ci ildə şəhərdə yaşıllıqların sahəsi cəmi 3 hektar təşkil etsə də, 1980-ci ildə bu rəqəm 9520 hektara çatdırılır. [Гасанова А. А. Сады и парки Азербайджана. Баку-1996]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər