top
Nikolay Drozdovun xatirələrində qeyd olunan Bakı Zooparkı
26 dekabr 2023, 18:27
- +

Nikolay Drozdovun xatirələrində qeyd olunan Bakı Zooparkı

Bakıda zooparkın yaranması XX əsrin əvvəllərinə təsadüf edir. 1923-cü ildə Bakıda ilk özəl heyvanxana fəaliyyət göstərib. 14 dekabr 1928-ci ildə keçmiş Lunaçarski (indiki Nizami) parkı ərazisində yerləşən Bioloji stansiyanın bazasında zooloji bağ açılıb. [Cavadov Z. Bakı şəhər heyvanat parkının 90 illik yubileyi// qəz. Respublika.- 2018.- 16 dekabr.- S.8.]

İkinci Dünya müharibəsi illərində zooloji bağ Rusiyadan Bakıya köçürülmüş Rostov Zooparkı ilə birləşdirildi. 2 yanvar 1942-ci ildə buraya “Zooloji park” adı verilib. Bu tarix Bakıda zooparkın yaranma tarixi hesab edilir. Zoopark 1958-ci ilə qədər Bakı Dəmir Yolu Vağzalının yaxınlığında yerləşirdi. [Запарка вокруг зоопарка// газ. Вышка №17 от 4 мая 2001 года] [https://planetofhotels.com/guide/ru/azerbaydzhan/baku/bakinskiy-zoopark

1950-ci illərin sonlarında Bakı Zooparkı Bayıla köçürüldü. Həmin illərdə Bakı Zooparkı ən yaxşı saxlanma şəraiti ilə seçilirdi. Tanınmış rus zooloqu Nikolay Drozdov zoopark haqqında öz xatirələrində bu sözləri qeyd etmişdir: “Bakıda yeni zooparkın salınması xəbəri bizi sevindirdi. Onun üçün zərif bir təpənin meşəlikli və rahat yamacında yaxşı bir yer seçildi… Zooparkda sakitlikdir, burada böyük şəhərin səsi, demək olar ki, eşidilmir. Və bu, çox vacibdir - çünki səs-küy heyvanları narahat edir. Heyvanlar üçün qəfəslər və volyerlər genişdir. Elə yerlər var ki, orada dincəlirlər, pis havada gizlənirlər... Eyni zamanda bitki örtüyü qorunub saxlanılır. Belə zooparkda özünüzü yaxşı hiss edirsiniz. Heyvanların zahiri görünüşünə görə, onlar da buranı bəyənirlər”. [Бакинский Зоопарк — OurBaku] [https://biography.wikireading.ru/29915

1970-ci ildə zooparkda artıq heyvanlar üçün 90 yer var idi və hər il 150 minə yaxın insan onu ziyarət edirdi. Burada Dağıstan turu, çöl qartalları, Sultan toyuğu kimi nadir heyvan növü mövcud olub. Lakin 1970-ci illərin ortalarında Bayılda baş verən çökmə nəticəsində aslan və ayının ölümündən sonra şəhər hakimiyyəti zooparkı başqa bir yerə köçürməyi qərar verib. [Бакинский Зоопарк — OurBaku] [Запарка вокруг зоопарка// газ. Вышка №17 от 4 мая 2001 года]

1985-ci ildə zoopark indiki Bakıxanov qəsəbəsində yerləşirdi. Lakin həmin zaman indiki Nərimanov rayonu ərazisində yeni zooparkın təmir işləri gedirdi. 1985-ci ildə yeni Zoopark ictimaiyyətin istifadəsinə verilmişdir. [Запарка вокруг зоопарка// газ. Вышка №17 от 4 мая 2001 года]

2019-2021-ci illərdə Bakı Zooloji Parkında təmir-tikinti işləri keçirilib. Hazırda isə zoopark ziyarətçilərin üzünə açıqdır.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər