top
Nardaranın dağılmış abidəsi - Xan hamamı
02 mart 2023, 20:30
- +

Nardaranın dağılmış abidəsi - Xan hamamı

Xan hamamı Bakıda, Nardaran qəsəbəsi ərazisində yerləşib. Hamam XIV əsrə aid edilib.

Burada iki kitabə aşkar edilmişdir. Birinci kitabədə “790-cı ilin müqəddəs məhərrəm ayında (yanvar-fevral, 1388-ci il) ustad Güştasf ibn Musa tərəfindən inşa edilib” sözləri həkk olunub. İkincisində isə binanın Xacə Zeynəddinin əmri ilə tikilməsi qeyd edilir. [Известия Азербайджанского Археологического Комитета (выпуск I). Баку-1925]

Ehtimal edilir ki, bu hamam Şirvanşahların yay igamətgahının kompleks tikililəri sırasına daxil olub. Sonradan Bakı xanlarının buranı istirahət məkanı kimi istifadə etməsi nəticəsində bu hamam da “Xan hamamı” adını alıb.

Xan hamamı dəhliz, geyinmə, mərkəzi və ayrı yuyunma otaqları daxil olmaqla yeddi düzbucaqlı otaqdan ibarətdir. Hamam otaqları quruluşuna görə Abşeronun və Azərbaycanın digər ərazilərinə məxsus hamamlardan fərqlənir. Binanın iki günbəzi mövcuddur. Günbəz hamamın işıqlandırılmasını təşkil edib. Tikili saxsı borular vasitəsilə isti və soyuq su ilə təmin edilirdi. Otaqların birində suyun qızdırılması zamanı yaranan isti hava axını daş döşəmələrin altından keçən daş kanallara buraxılırdı. Bu, hamamın otaqlarının və döşəmələrin isidilməsini təşkil edirdi. Hamam hovuzlarına su tikilinin yaxınlığında yerləşən su quyularından qapalı kanallar vasitəsilə gətirilirdi. [Щеблыкин И.П. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку-1943]

Abidə uzun zaman torpaq altında qalmış və yalnız 1913-cü ildə üzə çıxmışdır. O zamanlar bu torpaq sahəsinin sahibi, Bakı xanlarının nəslindən olan Kərbəlayi Hacı Mollaoğlu hamamı təmizləyib yenidən istifadə etmək istəyirdi. Lakin 1914-cü ildə başlamış müharibə təmir işlərinə mane oldu. [Известия Азербайджанского Археологического Комитета (выпуск I). Баку-1925]

Xan hamamı ölkə əhəmiyyətli tarixi abidələr siyahısına daxil olunsa da, hazırda abidə tamamilə dağıdılıb.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər