top
Murtuza Muxtarovun sevgi hekayəsi: Səadət sarayı
23 iyun 2022, 14:20
- +

Murtuza Muxtarovun sevgi hekayəsi: Səadət sarayı

Səadət Sarayı Bakıda, Murtuza Muxtarov küçəsi, 6-da yerləşir. Bu bina Muxtarovun sarayı kimi də tanınır. Sarayı Bakı milyonçusu Murtuza Muxtarov öz həyat yoldaşı Liza Tuqanovanın şərəfinə 1912-ci ildə inşa etdirib. [Şamil Fətullayev-Fiqarov. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində. Bakı-2013]

Sarayın tikilməsi haqqında bir hekayə var. Avropaya səyahət edən milyonçu və xanımı İtaliyanın Florensiya şəhərində də olur. O zaman Liza xanım italyan binalarından birinin arxitekturasını bəyənir və bunu həyat yoldaşına bildirir.

Bakıya qayıtdıqdan sonra milyonçu burada oxşar bina tikdirmək qərarı alır. O, Polşa memarı İosif Ploşkonu xüsusi olaraq Moskvadan Bakıya dəvət etmiş və sonra da İtaliyaya göndərmişdi ki, oranın arxitekturası ilə yaxından tanış olsun. Ploşko Muxtarov üçün layihə tərtib edərkən düşünürdü ki, o, Şərq üslubunda olacaq. Lakin “İsmailiyyə” binası xoşuna gəldiyinə görə, Murtuza Muxtarov qotika üslubunda saray tikdirməyi qərara alır. Beləliklə, saray cəmi bir ilə (1911-1912) keçmiş Persidski küçəsində tikilir.

Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Xanım bu binanın ona bağışlandığını eşidəndə sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Lizanın övladı olmasa da, o, burada valideynsiz qızlar üçün pansion açır, onların qayğısına qalır. [Səadətin ünvanı - Səadət sarayı. Mədəniyyət.- 2009.- 26 avqust.- S. 16.]

1920-ci ildə, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Muxtarovun evinə gələrək ondan binanı tərk etməyi, sovet hakimiyyətinə tabe olmağı tələb edirlər. Muxtarov bunu özünə təhqir hesab edərək tüfəngini götürür, əvvəlcə bolşevikləri, sonra isə özünü öldürür. Bakıda təhlükə altında olan Liza xanım isə Türkiyəyə gedir və orada 1950-ci ilə qədər yaşayır.

Sovet vaxtında bina əvvəllər XI ordunun qərargahına çevrilir, sonralar qadınlar klubu, Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərir. Daha sonra və bu günə qədər isə bina nikah sarayı kimi fəaliyyət göstərir. [Mətanət Zeynalova. Sevgi dolu «Səadət sarayı». Azərbaycan. - 2014.- 3 avqust.- S. 5.]

Bina ölkə əhəmiyyətli daşınmaz abidə kimi qorunur. 2012-ci ildə Səadət Sarayı əsaslı təmir olunub.

[URIS id=49564]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər