top
Mircəfər Bağırovun yaşadığı de Burun sarayı
09 iyun 2022, 13:30
- +

Mircəfər Bağırovun yaşadığı de Burun sarayı

De Burun sarayı Bakıda, Filarmoniya bağının qarşısında, Niyazi küçəsi 9-da yerləşir. Saray XIX əsrdə alman memarı Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilib.

Saray latış əsilli Bakı milyonçusu Lev de Burun (1840–1889) adını daşısa da, o, heç vaxt sarayda yaşamayıb. 1888-ci ildə neft maqnatı və "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinin əsasını qoymuş milyonçu ailəsi üçün ikimərtəbəli daş saray inşa etdirmək qərarına gəlir. Sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və 1888-ci ildə milyonçu Tağıyevin köməyi ilə Sadovaya küçəsində (indiki Niyazi küçəsi) torpaq sahəsi alır. Tezliklə inşaat işlərinə başlanılır. Lakin binanın inşası tamamlanmamış, 1889-cu ildə de Bur dünyasını dəyişir.

Milyonçunun varisləri 1891-ci ildə binanı "Kaspi Tərəfdaşlığı"na satırlar. Beləliklə, bina cəmiyyətin mülkiyyətinə keçir və onun sədri P.O.Qukasov tikilidən yaşayış binası kimi də istifadə etmək qərarına gəlir. Buna görə də memarlar binanın ilkin planında bəzi dəyişikliklər edirlər. Binanın əsas fasadında eyvanla birlikdə iki çıxış qapısı inşa edilir. Eyvanlar Sadovaya küçəsinə baxır və onlardan Mixaylovskiy bağına (indiki Filarmoniya bağı) mənzərə açılır. [Шамиль Фатуллаев. Градостроительство Баку XIX-начала XX веков. Ленинград-1978] [https://azerhistory.com/?p=5060]

Binanın inşası 1895-ci ildə başa çatmışdır. Tikilinin fasadında "KT" abreviaturası yer alsa da, sonrakı dövrdə bu yazı təmir zamanı məhv edilmişdir. 1898-ci ildə isə rus sahibkarı P.O.Qukasov ailəsi ilə birgə bu saraya köçür. Həmin illərdə sarayda yanğının baş verdiyi də bildirilir. Hətta yanğından sonra şəhərdə sarayın kabusları haqda əfsanə yayılır.

1918-ci ildə mülkiyyət Sentrokaspi Diktaturasının əlinə keçir. İngilis ordusu Bakı şəhərinə daxil olanda onların qərargahı bu sarayda yerləşdirilir. Lakin Qukasovlar ailəsi də sarayda yaşamağa davam edir.

Qırmızı ordunun Bakıya girməsindən sonra Xalq Komissarları Şurası de Burun sarayında yerləşdirildi. Sarayın ikinci mərtəbəsində isə Nəriman Nərimanovun ailəsi yaşamağa başladı.

1933-cü ildən sarayda Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi Mircəfər Bağırovun ailəsi məskunlaşır. 1951-ci ildə Bağırov sarayı İncəsənət Muzeyinə bağışlayır. Bu günə kimi saray Azərbaycan Milli İncəsənət Muzeyinin I korpusu kimi fəaliyyət göstərir. [Здание "Каспийского товарищества" - Совнарком - Музей изобразительных искусств (Баку) — OurBaku]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər