top
Milli istiqlal ideyalarını təbliğ edən şair Əlabbas Müznib
02 mart 2024, 19:00
- +

Milli istiqlal ideyalarını təbliğ edən şair Əlabbas Müznib

Əlabbas Mütəllib oğlu Mütəllibzadə 1883-cü ildə Bakıda anadan olub. O, Müznib təxəllüsü ilə tanınıb.

Əlabbas yaradıcılığa şair kimi başlayıb. 1905-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Mütəllibzadə lirik-romantik janrın və "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə çarizmi, ictimai ətaləti və dini fanatizmi tənqid edən satirik şair kimi tanınıb. [Azərbaycan Sovet Ensiklopediyası. Cild VII. Bakı-1983]

Mütəllibzadə "Müsavat" partiyasının üzvü olub, M.Ə.Rəsulzadə ilə dostluq və əməkdaşlıq edib. O, qəzetlərdə Azərbaycan xalqını çarizmin milli müstəmləkəçilik siyasətinə qarşı üsyana çağırdığına görə 1912-ci ildə Sibirə sürgün edilib. Həmin il sürgündən qayıtdıqdan sonra "İqbal" qəzetində, özünün nəşr etdiyi "Dirilik" jurnalında, "Müsavat" partiyasının "Türkçülük", "İslamçılıq" və "Müasirlik" ideallarını təbliğ edib. [Əlabbas Müznib. Seçilmiş əsərləri. Bakı-2006]

Mütəllibzadə yaxın Şərq və Azərbaycan folklorunun toplayıcısı, tərcüməçisi və naşiri kimi fəaliyyət göstərib. Yazıçı məşhur ərəb folklor abidəsi olan "Min bir gecə"ni, "Molla Nəsrəddin lətifələri" və "Bəhlul Danəndə lətifələri”ni nəşr etdirib. Bundan əlavə, o, 1912-ci ildə Məhəmməd Peyğəmbərin həyatından bəhs edən "Muxtarnamə" kitabını fars dilindən Azərbaycan dilinə çevirib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müznib milli istiqlal ideyalarını fəal təbliğ edən ziyalılardan biri olub. Bu dövrdə o, “Azərbaycan”, "İstiqlal" qəzetlərində dövlətçilik ideyalarını təbliğ edib. [http://www.anl.az/down/meqale/medeniyyet/2016/mart/481106.htm]

Sovet hakimiyyətinin ilk illərində şair "Qarabağ füqərası birliyi" qəzetinin redaktoru olub, həmçinin "Kommunist" qəzetində mədəni-məişət mövzularında şeirlər dərc edib. Şairin "Hürriyyəti-bəşəriyyə", "Çəkməsilən", "Sibirya məktubatı", "Ürək yanğısı", "Tikan kolu" və s. əsərləri var. O, "Hilal", "Şəhabi-saqib", "Zənbur", "Dirilik", "Babayi-Əmir", "Övraqi-nəfisə" mətbuat orqanlarının naşiri və redaktoru olub. [Azərbaycan Sovet Ensiklopediyası. Cild VII. Bakı-1983]

O, 1937-ci ildə milli ruhlu əsərlərinə və Osmanlı qoşunlarının Bakıya gəlməsini alqışlayan şeirinə görə 8 il həbs cəzasına məhkum olunub və Sibirə göndərilib.

Əlabbas Mütəllibzadə 28 avqust 1938-ci ildə Rusiyanın Vladivostokdakı xüsusi cəzaçəkmə məntəqəsində vəfat edib. 1956-cı ildə ona bəraət verilib. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Cild II. Bakı-2005]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər