top
Məşhur tarixçinin nəslindən olan tarzən Əhməd Bakıxanov
27 dekabr 2022, 19:30
- +

Məşhur tarixçinin nəslindən olan tarzən Əhməd Bakıxanov

Əhməd Məmmədrzabəy Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda, tarixçi Abbasqulu ağa Bakıxanovun nəslindən olan zadəgan ailəsində anadan olub.

Bakıxanov ilk təhsilini 1905-ci ildə İranın Rəşt şəhərində mollaxanada almışdır. O, 1908-ci ildə İranın məşhur incəsənət xadimi Əbdülhəsənxandan musiqi təhsili almağa başlayır və qısa müddət ərzində tarda ifa etməyi öyrənir. 1912-ci ildə Bakıya qayıdan Bakıxanov burada “Səadət” məktəbinə daxil olur, 5 ildən sonra isə şəhər məktəbinə keçir. 1918-ci ildə o, mühasibat kursuna daxil olur, eyni vaxtda məşhur ustadlardan təhsil alır.

Sovet dövründə Bakıxanov evlərdə musiqi dərsi deməyə başlayır, 1926-cı ildən isə Bakının 1 saylı məktəbində işləyir. Bundan əlavə o, 27 saylı məktəbdə, Xəzər Gəmiçilik idarəsinin dənizçilər klubunda və başqa yerlərdə təşkil olunmuş bədii dərnəklərə rəhbərlik edib. Sənətkar 1927-ci ildə bəstəkar Üzeyir Hacıbəyovla tanış olur. O, Bakıxanovu 1930-cu ildə konservatoriyaya muğam dərsi deməyə dəvət edir. [Rəhmətov Ə.M. Əhməd Bakıxanov. Bakı-1977]

Əhməd Bakıxanov 1941-ci ildə Azərbaycan xalq çalğı alətləri ansamblını yaradır, kollektivin tərkibinə tar, saz, ud, kanon, qoşanağara, qaboy və fortepiano ifaçılarını daxil edir. Özü də ömrünün sonuna kimi ansambla rəhbərlik edir. Fatma Mehrəliyeva, Sara Qədimova, Zeynəb Xanlarova, Arif Babayev, Xan Şuşinski və s. görkəmli sənətkarlar bu ansamblın solistləri olublar. Ölümündən sonra sənətkarın xatirəsini əbədiləşdirmək məqsədilə ansambla Əhməd Bakıxanovun adı verilir.

Əhməd Bakıxanov Azərbaycan xalq musiqisinin, xüsusilə də muğamın tədrisinə və təbliğinə böyük töhfələr verib. Onun “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” adlı kitabları bu gün də musiqi məktəblərində əsas tədris materialları kimi istifadə olunur. [Savalan Fərəcov. Əhməd Bakıxanov xatirələr işığında // Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 11.]

Sənətkar “Azərbaycan SSR Xalq artisti”, “Azərbaycan SSR Əməkdar incəsənət xadimi”, “Azərbaycan SSR Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb və “Şərəf nişanı” ordeni ilə təltif edilib.

Əhməd Bakıxanov 26 mart 1973-cü ildə vəfat edib və Bakının İkinci Fəxri xiyabanında dəfn olunub.

Musiqiçinin yaşadığı mənzildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xalq çalğı alətləri şöbəsi fəaliyyət göstərir.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər