top
Məşhur tarixçinin böyüdüyü ev: Aşurbəyovlar malikanəsi
29 sentyabr 2022, 12:00
- +

Məşhur tarixçinin böyüdüyü ev: Aşurbəyovlar malikanəsi

Aşurbəyovlar malikanəsi Bakıda, Qoqol küçəsi, 28-də yerləşir. Bina 1904-cü ildə milyonçu Teymurbəy Aşurbəyovun sifarişi ilə memar İ.V.Qoslavski tərəfindən layihələndirilib.

[Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası. Bakı-2013]

Bu ev Teymurbəy tərəfindən oğlu Balabəyə toy hədiyyəsi kimi tikilib. Teymurbəy Tiflis səfərlərinin birində xalça və əntiq əşyaların satışı ilə məşğul olan Sultanovlar ailəsinin qızı İsmət xanımı görür. Teymurbəy qızı bəyənir və onu oğlu Balabəy üçün istəyir. Tiflisə oxumağa göndərilən Balabəy burada İsmət xanımla tanış olur və onu bəyənir. Teymurbəy isə gələcək gəlini üçün malikanə inşa etdirir.

Təhsilini tamamlayan və Bakıya dönən Balabəy evin divarlarını naxışla bəzəməyi əmr edir. Rəsmlərin bir hissəsi bu günə qədər gəlib çatmışdır. Binanın fasadında isə “T. A. A.” (Teymur bəy və Aslan bəy Aşurbəyovlar) tuğrası həkk olunub. [Bakının memarlıq incisi: Aşurbəyovlar malikanəsi. Zaman.- 2013.- 30 oktyabr.- S.7.]

Malikanədə ailənin bütün üzvləri yaşayırdı. Binanın birinci mərtəbəsində ailəyə məxsus kontor, eləcə də bir gürcü həkimin və onun həyat yoldaşı şahzadə Dadianinin mənzili yerləşirdi. İkinci mərtəbədə, 12 otaqlı mənzildə Balabəy və İsmət xanım yaşayırdılar. Onların qızı tarixçi Sara xanım Aşurbəyova məhz bu evdə dünyaya göz açıb. Binanın üçüncü mərtəbəsində isə ailə başçısı Teymurbəy xanımı və böyük oğlu Əlibəylə birgə yaşayıblar.

Aşurbəyovların evində təşkil olunan məclislərdə şəhərin bir çox ziyalıları toplaşardı. Sara xanımın xatirələrinə görə, o dövrün milyonçuları Tağıyev, Əsədullayev, Şibayev, Səlimov övladları ilə tez-tez evin qonağı olardılar. [https://azerhistory.com/?p=5180]

Qanlı mart hadisələri zamanı Aşurbəyovlar Sabunçuda gizləniblər. Bu zaman Balabəyin qızlarının müəllimi fransız madmuazel Qreylo ailəyə məxsus evi talandan xilas edib. O, binanın giriş qapısında Fransa bayrağı asmaqla və özünü fransız əsilzadəsi kimi təqdim etməklə Balabəyin mənzilini və binanın bir çox hissəsini daşnaklardan qoruya bilib. Lakin qarətçilər binanın arxa tərəfindən Əlibəyin mənzilinə daxil olub bəzi əşyaları aparmışlar, apara bilmədiklərini isə sındırıb dağıtmışlar. Yalnız 1918-ci ilin sentyabr ayında AXC hökumətinin qərarından sonra Aşurbəyovlar öz malikanələrinə yenidən qovuşublar. [http://sara-ashurbeyli.info/article.php?num_a=190]

Sovet dövründə Aşurbəyovların mülkü müsadirə edilib. Bina bir neçə mənzilə bölünüb və bu günə kimi də yaşayış evi kimi istifadə olunur.

Aşurbəyovların mülkü ölkə əhəmiyyətli abidə hesab edilir.

[URIS id=72022]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər