top
Məşhur kimyaçı Mendeleyevin Bakı səfərləri
30 iyul 2022, 13:00
- +

Məşhur kimyaçı Mendeleyevin Bakı səfərləri

XIX əsrin ortalarında rus kimyaçısı Dmitriy Mendeleyev bir neçə dəfə Bakıya səfər etmişdir. Bakı neft sənayesinin inkişafı onun adı ilə bağlıdır.

1905-ci ildə Mendeleyev “Ən istəkli fikirlər” kitabında Bakıya birinci səfərini belə xatırlayır: “1863-cü ildə o vaxtkı məşhur fiqur Kokarev məni Bakıya getməyə dəvət etdi, o, burada neft emalı ilə məşğul olurdu və illik zərəri 200.000-dən az deyildi. “Ya zərərləri aradan qaldırmağa kömək edin, ya da zavodu bağlayın”,- dedi. İşin özü məni hədsiz maraqlandırmışdı. Yerində mümkün olduğu qədər hər şeyi nizama salmağa çalışdım və belə alındı ki, artıq bir il sonra xalis gəlir 200.000 rubldan artıq idi”. Bu səfər zamanı alim neft sənayesinin inkişafı üçün iltizam sisteminin və kerosin aksizinin ləğv edilməsinin vacibliyini qeyd etmişdi. [Менделеев Д. Заветные мысли. Санкт-Петербург - 1905] [Баку. Исторические и достопримечательные места. Баку-1956]

1878-ci ildə ikinci dəfə Bakıya gələn Mendeleyev neftin tərkibindən ağ neft ayrılandan sonra qalan kütlədən sürtkü yağları alınması üçün istifadə olunmasını təklif edib. O, Bakı yataqlarından neftin istilik və işıqlandırma üçün istifadə edilməsinə qarşı çıxıb. Mendeleyevin məşhur “neft yanacaq deyil, əsginaslarla da qalamaq olar” ifadəsi də bu dövrə aiddir.

1880-ci ildə Mendeleyev yenidən Bakıya səfər etdi. Alim isti iqlimdə emal müəssisələrinin qurulmasının iqtisadi cəhətdən səmərəli olmadığı fikrini irəli sürdü. Bu yanaşma Bakıda neft kompleksinin gələcək inkişafında çətinliklərə səbəb oldu. Xam neftin çox hissəsini Bakıda emal gücünün olmaması səbəbindən şimala nəql etmək lazım gəlirdi. Həmin il kimyaçı Bakı-Batum neft kəmərinin tikintisi haqqında fikir irəli sürdü. [https://www.ens.az/az/mendeleyev-bakiya-amerikani-otmekde-nece-komek-etdi

Mendeleyevin Bakıya son səfəri 1883-cü ildə baş tutur. Alimə Bakı neft yataqlarının perspektivlərini qiymətləndirmək tapşırılır. Səfərin sonunda Mendeleyev 135 səhifəlik bir hesabat yazır. Hesabat “Bakı Neft İşi” adı ilə ayrıca kitab şəklində də nəşr edilir. Hesabatın sonunda alim belə nəticəyə gəlir: “Mənə Bakının istismar olunan ərazilərində neftin tükənməsinin başlanmasının bir əlaməti məlum deyil...Bakı nefti bütün dünyaya çatacaq”. [Менделеев Д. Бакинское нефтяное дело в 1886 году. Санкт-Петербург-1886]

Bakıda, Axundov adına Azərbaycan Milli Kitabxanasında Mendeleyevin abidəsi ucaldılıb, Neft-Kimya Prosesləri İnstitutunun qarşısında isə büstü qoyulub.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər