top
İlk müsəlman qadın heykəltaraş Zivər Məmmədova
18 iyul 2022, 13:00
- +

İlk müsəlman qadın heykəltaraş Zivər Məmmədova

Zivər Nəcəfqulu qızı Məmmədova (Tağıyeva) 14 iyun 1902-ci ildə Bakı şəhərində anadan olub.

Zivər ilk təhsilini “Müqəddəs Nina” qız gimnaziyasında alıb. Məktəbi bitirdikdən sonra Zivər xanım heykəltaraşlıq fakültəsində rəssamlıq kursuna daxil olub. Kursu bitirən Məmmədova eyni vaxtda iki ali məktəbə - Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olmaq qərarına gəlib. O, həm skripkada ifa edirdi, həm də təsviri incəsənətlə məşğul olurdu. [https://azerhistory.com/?p=12169]

Zivər xanım xatirələrində bu haqda yazır: “...Mən boş vaxtlarımda şəkil çəkir, gildən fiqurlar düzəldirdim. Şəhərimizdə rəssamlıq məktəbinin açıldığını eşidəndə canımdan üşütmə keçdi. Yenə ümidim atama idi. Dil töküb onu yola gətirdim, icazə verdi. Dərhal düzəltdiyim fiqurları götürüb rəssamlıq məktəbinə getdim”. Burada onun müəllimi rəssam Əzim Əzimzadə olub.

Məmmədova bəstəkar Üzeyir Hacıbəyovun 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrinin solisti olub. 1923-cü ildə “Arşın mal alan” operettasının ilk tamaşasında skripkada ifa edib. Deyilənə görə, bəstəkar öz skripkasını Zivər xanıma bağışlayıb. 1996-cı ildə Zivər Məmmədovanın qızı bu skripkanı Üzeyir Hacıbəyovun ev-muzeyinə bağışlayıb. [Savalan Fərəcov. İlk qadın heykəltaraşlarımızdan Zivər Məmmədovanın anadan olmasından 115 il ötür. Mədəniyyət.- 2017.- 21 iyun.- S.15.]

Zivər Məmmədova 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirib. Bir müddət o, heykəltaraşlar Stepan Erziya və Pinxos Sabsayın emalatxanasında çalışıb və portret ustası kimi tanınıb.

Məmmədova 1930-1940-cı illərdə müəllimləri Üzeyir Hacıbəyov və rəssam Əzim Əzimzadənin, opera müğənnisi, aktyor Hüseynqulu Sarabskinin, pəhləvan Sali Süleymanın, Sovet İttifaqı Qəhrəmanları Gəray Əsədovun, İdris Süleymanovun, Hüseynbala Əliyevin daş portretlərini yaratmışdır. Zivər Məmmədova 1942-ci ildə Ümumittifaq sərgisində iştirak etmişdir. 1948-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. [Azərbaycan Sovet Ensiklopediyası - VI Cild. Bakı-1982]

Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat edib.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər