top
Keçmişdə Bakının ərazisində yerləşmiş Şəhri-Gürgən
31 avqust 2023, 17:00
- +

Keçmişdə Bakının ərazisində yerləşmiş Şəhri-Gürgən

Gürgən Xəzər sahilində yerləşən Azərbaycanın qədim şəhərlərindən biridir. Yaşayış məntəqəsi Bakının indiki Xəzər rayonunun ərazisində, Zirə kəndindən beş kilometr şərqdə, Gürgən burnunda mövcud olub. Yerli əhali buranı “Şəhri-Gürgən” adlandırır.

Şəhərin girgan tayfasının məskunlaşması nəticəsində yaranması ehtimal edilir. Girganlar Xəzərin cənub-qərb sahilində yaşamışlar, sonralar onların müəyyən hissəsi Xəzər sahili boyu hərəkət etmiş və Abşeronda məskunlaşmışlar. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007]

XIV-XV əsrlərdə dəniz səviyyəsinin qalxması səbəbindən Gürgən suya qərq olmuşdu, onun sakinləri isə indiki Zirə kəndinə köçmüşdülər. Sonralar suyun səviyyəsinin enməsi ilə şəhərin çevrəsi yenidən üzə çıxmışdı. [Мамедов С. Колебание уровня Каспийского моря и старинные прикаспийские Азербайджанские города. Баку-2018]

A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində qeyd edir: “İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalarda daşlar üzərində dənizə doğru gedən araba yolları görünür”. Bu məlumata əsaslanaraq, güman etmək olar ki, qədim zamanlarda Şəhri-Gürgən Pirallahı adası ilə quru yolu ilə bağlı idi. [Bakıxanov Abbasqulu ağa. Gülüstani-İrəm. Bakı-2000]

1958-ci ildə tədqiqatçılar tərəfindən onun sahil və sualtı hissələri tədqiq edilmişdi. Burada 4-6 metr dərinlikdə yaşayış məntəqəsinin qalıqları aşkar edilmişdir. Son illərdə güclü tufanlar nəticəsində sualtı tikililərin əksəriyyəti dağılmış, yaxud lil və qumla örtülmüşdü. [Алиев Д.И. Исследование прибрежных и подводных памятников Каспия // Підводні дослідження: Археологія. Історія. Дайвінг. - 2012. Вып. IV. С. 75-83.]

Yaşayış məntəqəsinin sualtı hissəsində boyalı gil və saxsı qabların qalıqları aşkar edilmişdi. Batmış şəhərdən 250 metr şimalda kirjim (Xəzər dənizində işlədilmiş su nəqliyyatı vasitəsi) tipli yastıdibli gəmilər tapılmışdı. Bundan əlavə, qədim yaşayış məskəninin xarabalıqları altında daş qəbirlər aşkar edilmişdi. Onlar tuncdan əvvəlki dövrə aid edilir. [Мамедов С. Колебание уровня Каспийского моря и старинные прикаспийские Азербайджанские города. Баку-2018]

Şəhri-Gürgən, Gürgən, sualtı tətqiqat, Bakının tarix

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər