top
Keçmişdə Bakıda mövcud olmuş Kömür meydanı
26 iyul 2022, 14:15
- +

Keçmişdə Bakıda mövcud olmuş Kömür meydanı

Vorontsov meydanı Bakı şəhərində, indiki Cəlil Məmmədquluzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələri ilə əhatə olunan ərazidə yerləşirdi. Meydan XIX əsrin ikinci yarısında yaradılmışdır. Bu, Quba meydanından sonra şəhərin ikinci böyük meydanı hesab edilirdi.

Vaxtilə burada kömür yandırıldığından meydan el arasında “Kömür meydanı”, yaxud “Kömürçü meydanı” adlandırılırdı. Meydanın formalaşmasından sonra burada bazar fəalliyət göstərməyə başladı. Bakıya satmaq üçün komür gətirən kömürçülər buraya yollanırdılar.

Memar Şamil Fətullayev kitabında belə yazırdı: “Daha geniş olduğu üçün Vorontsov meydanı bazar və şəhər tərəzisi yeri olaraq seçildi, ağac kömürü və yem ticarəti bu əraziyə köçürüldü. Meydanın yerli təbirlə “Kömür meydanı” adlandırılması da elə buradan qaynaqlanır”. [Şamil Fətullayev. Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvələrində. Bakı-2013]

Kömür meydanında Quba meydanından fərqli olaraq, alverdən başqa müxtəlif əyləncələr də keçirilirdi. Burada tez-tez pəhləvan güləşləri, xoruz və dəvə döyüşləri baş tuturdu. Şəhər əhalisi döyüş günləri haqqında xəbərdar edilirdi. Meydanda taxtadan hündür bir masa düzəldilərək üstündə oğru və cinayətkarlara cəza verilərdi. Bu bazarda köhnə və nimdaş paltar, müxtəlif ev əşyaları satılırdı. [https://melumatlar.az/blog/2596/bakida-meydan-ve-meydancalar] [М.Сулейманов. Дни минувшие. Баку-1987]

1913-cü ildə Bakı şəhər hökuməti baş şəhər bağbanına Kömür meydanını digər meydanlarla birlikdə təmizləmək və onların yerində şəhər bağçası salmaq tapşırığı verir. Lakin bu sərəncam yerinə yetirilmir və bazar fəaliyyətini davam etdirir.

Sovet dövründə meydanın bir hissəsində çörək zavodu inşa edilir və bazarın ərazisi azaldılır. Lakin bazar 1980-ci illərə kimi fəaliyyət göstərir. Burada yerləşən kerosin dükanları ərazidə 1955-1956-cı illərə qədər qazın mövcud olmaması səbəbindən əhəmiyyət daşıyırdı. [https://azerhistory.com/?p=27143]

1980-ci illərin sonunda Kömür meydanının yerində ticarət mərkəzi tikilmişdir, lakin 1990-cı illərin sonunda sökülmüşdür. 2000-ci illərin əvvəlində Cəlil Məmmədquluzadə küçəsində meydandan yalnız bir neçə dükan qalmışdır: burada samovarlar təmir edilirdi, kömür və köhnə məişət əşyaları satılırdı.

 

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər