Müqəddəs Varfolomey kilsəsi İçərişəhərdə, Qız qalasının yanında yerləşmiş pravoslav kilsəsi idi. Bu kilsə 1892-ci ildə rus ordusunun Gürcüstandakı baş komandanı N.F.Rtişevin göstərişi ilə inşa olunmuşdur. [Юницкий А. И. История церквей и приходов Бакинской губернии (1815-1905 гг). Баку- 1906]
Kilsə rus memarı İvan Edelin layihəsi əsasında rus kilsələrinin memarlıq üslubunda inşa edilmişdir. Abidə 1815-ci ildə tikilmiş və sonralar dağıdılmış Bakının ilk və ən qədim kilsəsinin özülləri üzərində inşa edilmişdir.
Deyilənə görə, Varfolomey məhz Qız qalasının yaxınlığında bütpərəstlər tərəfindən öldürülmüşdür. Kilsənin iç hissəsini Varfolomey və digər müqəddəslərin ikonaları bəzəyirdi. Onun üzərində güzgülü xaç qurulmuşdu. Kilsənin divarına bərkidilmiş mərmər xatirə lövhəsində yazı mövcud idi: “Bu yerdə İsa Məsihin on iki həvarisindən biri – Müqəddəs Apostol Varfolomeyin qanı axıdılmışdır”. [Aliyev Elchin T. Deutsches erbe in der architektur von Aserbaidschan. Baku-2017]
Kilsə 1936-cı ilə kimi fəaliyyət göstərmişdir, daha sonra Sovet hakimiyyətinin dinlə mübarizəsi nəticəsində sökülmüşdür. [Часовня святого апостола Варфоломея. Баку — OurBaku]
Həmin kilsənin qalıqları bu günə kimi qorunub saxlanılır. Hər ilin 24 iyun tarixində xristianlar Müqəddəs Varfolomeyin anım gününü keçirirlər, onlar həmin günün səhər saatlarında kilsənin qalıqları olan yerdə ibadət edirlər. [https://www.pravoslavie.az/newses/news_archive/news2019/?id=12893] [https://icherisheher.gov.az/az/archeology/4]