top
Şirvanşahların yadigarı: I Xəlilullahın dəfn olunduğu türbə
21 dekabr 2023, 19:00
- +

Şirvanşahların yadigarı: I Xəlilullahın dəfn olunduğu türbə

Şirvanşahların türbəsi İçərişəhərdə, Şirvanşahlar saray kompleksinin aşağı həyətində yerləşir.

Giriş hissəsinin üzərində yerləşən kitabədə bu sözlər həkk olunub: “Dinin müdafiəçisi, peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və yeddi yaşlı oğlu üçün, Allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi, 839-cu (1436) il”.

Bu kitabənin yanında yalnız güzgü vasitəsilə oxunan yazı mövcuddur: “Allah, memar Məhəmməd Əli”. Tarixçi Kamil Fərhad oğlunun fikrinə əsasən, memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan oluduğu üçün sənətkar öz adını bu yolla gizlətmişdir. [Kamil Fərhad oğlu. Bakı. İçərişəhər. Bakı-2006]

Yazılara əsasən məlum olur ki, türbə Şirvanşah Xəlilullahın anası və oğlu üçün tikilmişdir. Lakin sonralar burada Şirvanşahlar ailəsinin digər üzvləri də dəfn edilmişdir. Türbə binası bir zamanlar mədrəsə kimi istifadə edilmişdir və buradakı qəbirlər dağıdılmışdır. 1947-ci ildə təmir işləri zamanı aparılan arxeoloji qazıntılar nəticəsində qəbirlər üzə çıxmışdır. [Dadaşov S., Useynov M. Bakının memarlıq abidələri. Bakı-1955]

Girişin əks-tərəfində iri, hündürlüyü 2.10 metr olan skelet aşkar edilmişdir. Bu məzarın I Xəlilullaha aid olması ehtimal edilir. Buradan daraq və qızıl sırğa tapılmışdır.

Kamil Fərhad oğlunun kitabına əsasən, yeddi qəbirdən yalnız beşində sümük qalıqları aşkar edilmişdir. Ehtimal edilir ki, 1501-ci ildə Bakının Səfəvilər tərəfindən ələ keçirilməsi zamanı Səfəvi şahı I İsmayıl ata və babasının qisasını almaq üçün sümükləri yandırmışdır. Lakin memar Rüfət Əcəlovun “Bakı” kitabında verdiyi məlumata əsasən, daş lövhələrin altında toxunulmamış 14 qəbir tapılmışdır. [Kamil Fərhad oğlu. Bakı. İçərişəhər. Bakı-2006] [Аджалов Р. Баку. Краткий очерк истории города по памятникам зодчества. Баку-2015]

Türbə düzbucaqlı formadadır və onun bir girişi var. Giriş hissəsi dəhlizə keçir. Dəhlizin sağ və sol tərəflərində iki balaca otaq var. Bu otaqlarının din xadimlərinə aid olması, yaxud hücrə və anbar kimi istifadə olunması ehtimal edilir. Dəhliz əsas zala - sərdabəyə aparır. Türbənin bu hissəsi altıbucaqlı günbəzlə örtülüb. Günbəzin xarici üzü vaxtı ilə firuzəyi rəngdə kaşı ilə örtülmüşdür. Lakin həmin kaşılar dövrümüzə çatmamışdır. [Dadaşov S., Useynov M. Bakının memarlıq abidələri. Bakı-1955]

Şirvanşahların türbəsi UNESCO Ümumdünya İrsi siyahısına daxildir.

[URIS id=124097]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər