top
Şirvanşah hökmdarlarının istirahət məkanı: Xan bağı
29 dekabr 2022, 18:30
- +

Şirvanşah hökmdarlarının istirahət məkanı: Xan bağı

Şirvanşahların yay iqamətgahı Bakının Nardaran qəsəbəsinin şimal-şərqində, dəniz sahilindən 2 km məsafədə, yüksəklikdə yerləşir. Bina, həmçinin “Xan bağı” kimi tanınır.

Xan bağının nisbətən yaxşı saxlanmasına baxmayaraq, binanın inşa tarixi haqqında dəqiq məlumat yoxdur. Kitabənin olmaması səbəbindən tədqiqatçılar onu memarlıq üslubuna görə XIII-XV əsrlərə aid edirlər. Eyni zamanda Nardaranın başqa abidələrinin XIV əsrə aid olmasına əsaslanaraq, bəzi alimlər Xan bağının da eyni vaxtda tikildiyini düşünürlər. Lakin tədqiqatçı L.Bretanitski yazır: “XIII-XIV əsrlərdə Abşeronun feodal parçalanması bu cür monumental, lakin müdafiə üçün uyğunlaşdırılmamış saray strukturlarının yaranmasına yol verməzdi”. Buna görə o, abidəni XV əsrə aid edir. [Сейран Велиев. Ханская дача. Каспий.- 2010.- 13 ноября.- С.11.] [Бретаницкий Л.С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Баку-1966]

Abidənin adı o dövrlərdə Şirvanşah hökmdarlarının yay aylarını burada keçirməsi ilə bağlıdır. Ehtimal edilir ki, yerli əhalinin Şirvanşahların Nardarandakı yay iqamətgahına “Xan bağı” deməsi Bakı xanlığının adı ilə bağlıdır. Yəni Şirvanşahlardan sonrakı dövrlərdə Bakı xanları da buranı istirahət məkanı kimi istifadə ediblər. [https://www.youtube.com/watch?v=vaAGS74Prmk&t=47s]

Tədqiqatçı İ.Şeblıkin binanın təyinatı haqqında belə yazırdı: “Təsvir olunan abidənin əsl məqsədini mühakimə etmək çətindir; əhaliyə məlum olan ad - “Xan bağı”nı əsas götürsək, bəlkə də, o, reallığa yaxından uyğun gəlir…bina qış yaşayışı üçün uyğun deyil, isti günlərdə müvəqqəti qalmaq üçün yararlıdır. Bəlkə, bina “bağ” olmayıb, ola bilsin ki, bura müxtəlif növ məsələlərin həlli üçün toplantıların keçirildiyi yer kimi feodala xidmət edib”. [И.П.Щеблыкин. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку-1943]

Bina kvadrat formasındadır. Damın mərkəzində böyük günbəz yerləşir və bu, tikilini məscidə bənzədir. Binanın pəncərələri ornamentlərlə bəzədilib. Tikili böyük mərkəzi və dörd balaca künc otaqlardan ibarətdir. Böyük otağın mərkəzində səkkizguşəli hovuz var. Bu otaqdan Xəzər dənizinə mənzərə açılır.

Ehtimal edilir ki, əvvəllər Xan bağının ətrafında başqa yaşayış binaları da yerləşib. Yerli əhali buraya “qənədxuna” (tat dilindən tərcümədə yan ev) da deyir. Həmçinin abidənin ətrafında hamam, iki ovdan və yeraltı yollar olub. Deyilənə görə, bu yollardan biri kəndin mərkəzindəki Rəhimə xanım ziyarətgahına, digəri isə Nardaran qalasına qədər uzanıb. [https://www.youtube.com/watch?v=vaAGS74Prmk&t=47s] [Руфат Аджалов. Баку. Краткий очерк истории города и о памятникам зодчества. Баку-2015]

Xan bağında “Aşıq Qərib” və başqa filmlərin fraqmentləri lentə alınıb.

Xan bağı ölkə əhəmiyyətli tarixi abidə kimi qorunur.

[URIS id=85238]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər