top
Əhməd Cavadı özünə ustad bilən Almas İldırım
25 yanvar 2024, 18:44
- +

Əhməd Cavadı özünə ustad bilən Almas İldırım

Əbdülhəsən Əbdülməhəmməd oğlu Almaszadə 24 mart 1907-ci ildə Bakının Qala kəndində anadan olub. Əbdülhəsəni uşaqlıqdan babasının adı ilə - Almas çağırardılar. Şeirlərini Almas İldırım adı ilə dərc etdirdiyinə görə bu adla məşhurlaşmışdır. [Almas İldırım. Seçilmiş əsərlər. Bakı-2004] [http://www.anl.az/down/meqale/adalet/2018/aprel/585938.htm

1914-1915-ci illərdə Almas Bakıda fəaliyyət göstərən, İran hökuməti tərəfindən maliyyələşdirilən “İttihad” məktəbində, 1925-ci ildən isə Abdulla Şaiqin “Nümunə” məktəbi kimi tanınan 12-ci Bakı Gimnaziyasında təhsil alıb. Məktəbdə oxuduğu illərdə Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı kimi şair və yazıçılarla tanış olub. Almas İldırım Əhməd Cavadı ozünə ustad bilirdi. Almas burada Mikayıl Müşfiqlə tələbə yoldaşı olmuşdur.

Gənc şair Əhməd Cavad və Hüseyn Cavidin təşəbbüsü ilə yaradılan və gizli fəaliyyət göstərən “Yaşıl yarpaq” dərnəyinin, daha sonra “Ədəbiyyat Cəmiyyəti”nin üzvü olub. [Salmanlı R. Almas İldırım.Ədalət.-2018.-17 aprel.-S.7.]

1928-ci ildə şair “millətçi” damğası ilə Dağıstana sürgün edilir. Eyni zamanda Almas İldırımı “xırda burjua yazıçısı” adlandıraraq Azərbaycan Proletar Yazıçılar Cəmiyyətindən xaric edirlər. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin sədri Mustafa Quliyev yazırdı: “Yazıçılar arasında musavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi bilinən Almas İldırım yer almış olduğu meydana çıxmaqdadır. Bunlar Əhməd Cavad və Hüseyn Cavidlərin yolçusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədilə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik”. [Salmanlı R. Almas İldırım.Ədalət.-2018.-18 aprel.-S.7.]

Dağıstandan sonra onu Krıma və oradan Türkmənistana sürgün edirlər. Təzyiqlərə dözə bilməyən Almas İrana qaçır. Orada şair hərbçilər tərəfindən saxlanılır, sovet casusu adı ilə 25 gün soyuq suyun içində saxlanılaraq işgəncə görüb, böyrək xəstəliyinə tutulur. Azadlığa çıxdıqdan sonra Türkiyəyə köçür və burada jurnalist kimi çalışır.

1936-cı ildə Almasın əkiz oğlanları dünyaya gəlir. Şair birinə Eldəgəz, digərinə isə Yurdavar adını qoyur. Akademik Bəkir Nəbiyevin sözlərinə görə: “Ata öz ovladlarına verdiyi bu nadir adlarla onlara özünün ən böyük tapşırığını təmin etmək istəmişdi: yəni onlar, övladları mütləq yurda, Vətənə varmalı, eldə, obada gəzməlidirlər!”

Almas İldırım “O mənimdir əzəldən”, “Əlvida, Bakı”, “Yaralı olmasaydı”, “Qərib quşuma”, “Əsir Azərbaycanım” kimi şeirlərin müəllifidir. [Almas İldırım. Seçilmiş əsərlər. Bakı-2004]

Almas İldırım 14 yanvar 1952-ci ildə Türkiyədə vəfat edib.

Bakının Şüvəlan qəsəbəsində Almas İldırımın adını daşıyan küçə vardır.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər