top
Heydər Əliyevi valeh edən Yeni Avropa mehmanxanası
14 avqust 2022, 15:00
- +

Heydər Əliyevi valeh edən Yeni Avropa mehmanxanası

“Yeni Avropa” mehmanxanası Bakı şəhərində, Hacı Zeynalabdin Tağıyev (keçmiş Korçakovski) küçəsi, 13-də yerləşir. Binanın memarı polşalı İosif Kasperoviç Ploşkodur.

Mehmanxana xeyriyyəçi Musa Nağıyevin sifarişi ilə 1910-1913-cü illərdə inşa olunub. Bu, Bakının mərkəzində mehmanxana kimi inşa olunmuş ilk binalardan hesab edilir. Altımərtəbəli tikili modern üslubunda inşa edilmişdir. Mehmanxana, əsasən, neft sənayesi işçiləri və ya neft sahəsində çalışan iş adamları üçün xidmət edirdi. [Şamil Fətullayev-Fiqarov. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində. Bakı-2013] [Заплетин Г., Ширин-заде Г. Русские в истории Азербайджана. Баку- 2008]

Sovet dövründə “Yeni Avropa”da, adətən, Azərbaycanın digər şəhər və rayonlarından gələn ziyarətçilər yaşayırdı. Lakin mehmanxananın tanınmış xarici qonaqları da var idi. Onların arasında rus şairləri Sergey Yesenin və Rurik İvnev, aktyor Vasiliy Kaçalov, kəşfiyyatçı Yakov Blumkin olub. [Сергей Есенин. Полное собрание сочинений в семи томах: Письма. — Москва-1999] [Ивнев Р. Новые тетради дневников // Крещатик : журнал. — 2009.]

1940-1950-ci illərdə ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya gələrək mehmanxanada yerləşdirilmişdir. O, həmin illəri belə xatırlayır: “Yadımdadır, təxminən 1940-cı illərin əvvəllərində, Bakıya gəldim. Buraya gəldim, otaq tutdum və mehmanxana məni valeh etdi. Burada lift görəndə fikirləşdim ki, o vaxtlar Bakıda heç bir mehmanxanada lift yox idi… lakin burada hər kəs onu məmnuniyyətlə istifadə edirdi.” [Речь Президента Азербайджанской Республики Гейдара Алиева на церемонии торжественного открытия нового офиса российской нефтяной компании «ЛУКойл» в Баку // Бакинский рабочий — 1999. — 5 октября.]

1999-cu ildə Rusiyanın “Lukoyl” neft şirkətinin keçmiş prezidenti Vahid Ələkbərov binanı alır və burada təmir işləri aparır. Həmin ilin 3 oktyabrında keçmiş mehmanxananın binasına “Lukoyl”un ofisi köçürülür və bu günə kimi burada yerləşir.

“Yeni Avropa” mehmanxanası yerli əhəmiyyətli abidə hesab edilir.

[URIS id=58659]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər