top
Heç bir fəxri ad ala bilməyən aktyor Məmmədsadıq Nuriyev
31 oktyabr 2023, 19:00
- +

Heç bir fəxri ad ala bilməyən aktyor Məmmədsadıq Nuriyev

Məmmədsadıq Qafar oğlu Nuriyev 5 mart 1919-cu ildə Bakıda anadan olub.

O, 1928-ci ildən Bədəl bəy Bədəlbəylinin məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra Məmmədsadıq 1935-ci ildə Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub. 1937-ci ildə təhsilini başa vurduqdan sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb. [Şəhla Əmirli. Kiçik rolların məharətli ifaçısı. Mədəniyyət.- 2019.- 24 may.- S.1;7.] [http://www.az.baku-art.com/az/bu-gun-taninm-sh-teatr-ve-kino-aktyoru-memm-dsad-q-nuriyevin-dogum-g-n-d-r]

Aktyor 1946-cı ildə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

1950-ci ildə Məmmədsadıq Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Musiqili komediya estrada ansamblında, sonra isə “Azdrama”da işləyib, daha sonra yenidən estrada ansamblına qayıdıb. 1954-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb. [Şəhla Əmirli. Kiçik rolların məharətli ifaçısı. Mədəniyyət.- 2019.- 24 may.- S.1;7.] [https://www.youtube.com/watch?v=ZZU3kEGg1PY]

Nuriyev həm teatr, həm də kino səhnəsində dramatik və komik rolları eyni ustalıqla ifa etdiyi üçün onu “Vücud” deyə çağırırdılar. Aktyor “Yeddi oğul istərəm”də Kosa, “Əhməd haradadır?”da fəhlə Əhməd, “Ulduz”da Bayram, “Sehrli xalat”da tacir, “Uşaqlığın son gecəsi”ndə Davud, “Bizim Cəbiş müəllim”də qaçqın, “Koroğlu”da kosa Səfər, “O olmasın, bu olsun”da bazardakı adam və s. kimi müxtəlif rolları ifa edib. [http://www.az.baku-art.com/az/bu-gun-taninm-sh-teatr-ve-kino-aktyoru-memm-dsad-q-nuriyevin-dogum-g-n-d-r

“Uşaqlığın son gecəsi” filmində canlandırdığı “Davud” obrazı aktyora ən çox məşhurluq gətirən obraz olub. Aktyorun filmdə ifadə etdiyi sözlər indi də tamaşaçılar tərəfindən xatırlanır. [https://www.youtube.com/watch?v=ZZU3kEGg1PY]

Məmmədsadıq heç bir fəxri ad almamışdır. Oğlu aktyor Yaşar Nuri Əməkdar artist adını alarkən çıxışında demişdi : “Yazıq atam neçə il səhnədə külüng vurdu, bir quru ada da həsrət qaldı”. [https://kulis.az/xeber/media/ona-qarsi-colorredvnimatelnicolor-olmadilar-yasar-nurinin-fexri-ada-hesret-qalan-atasi-colorredmaraqli-faktlar-color-36840]

Məmmədsadıq Nuriyev 25 mart 1975-ci ildə vəfat edib. [https://www.youtube.com/watch?v=ZZU3kEGg1PY]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər