top
Həftəlik bürclər 17 İYUL - 23 İYUL
16 iyul 2023, 21:00
- +

Həftəlik bürclər 17 İYUL - 23 İYUL

QOÇ bürcü


Son vaxtlar partnyorunuzu çox sıxırsınız: boş-boş qadağalar, yersiz qısqanclıq və tələblər sizin üçün heç xoş qurtarmaya bilər. Bu cür hərəkətlər onu sizdən uzaqlaşdıracaq. Qoçları sevən çox olsa da, düşmənləri də xeylidir. Onlar yatmırlar və sizin bir səhvinizi gözləyirlər. Lakin boş verin, it hürər, karvan keçər. Sevgi tapmaq və ya münasibətə başlamaq üçün ən gözəl dövrdür. Uğurlu günləriniz 17, 23 iyul, uğursuz gününüz isə 19 iyuldur.

BUĞA bürcü


Bu həftə Buğalar hamıdan varlı olacaqlar, pullar göydən töküləcək. Ulduzların sevimlisi siz seçilmisiniz. Bütün işləriniz uğurlu olacaq, çoxdandır planlaşdırdığınız işləri bu həftə görün. İşdə hamıdan çox çalışın, bu, müdiriyyət tərəfindən dəyərləndiriləcək və bonuslar olacaq. Evli Buğalar, diqqətli olun, ağlınızı başdan ala biləcək bir nəfər həyatınıza daxil olacaq. Lakin sədaqətli olsanız, o insan özü sizin həyatınızdan çıxacaq. Uğurlu günləriniz 18, 20 iyul, uğursuz gününüz isə 21 iyuldur.

ƏKİZLƏR bürcü


Əkizlərin bu həftə işləri istədiyi kimi getməyə bilər: həftənin ortasına kimi sizi təqib edəcək maneələr olacaq. Lakin sonrakı günlərdə hər şey yaxşıya doğru dəyişəcək: nəyə əl atsanız o iş müvəffəqiyyətlə sonlanacaq. Qısa zamanda çoxsaylı görüşləriniz və maraqlı layihələriniz olacaq. Həftəsonu kapitalınız böyüyəcək: bu pulları düzgün istiqamətə yönəltsəniz, uğur qazanacaqsınız. Müdiriyyət tərəfindən bonuslar olacaq: o pulları əyləncəyə xərcləyəcəksiniz. Uğurlu günləriniz 21, 22 iyul, uğursuz gününüz isə 17 iyuldur.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçəngin “quyruğunu” tapdalayan bir çox insan olacaq. Həftənin əvvəlində siz əsəb keçirəcəksiniz: bir tərəfdən qısqanc sevgiliniz, digər tərəfdən maliyyə problemləri, o biri tərəfdən isə işinizdə münaqişələr sizə rahat yaşamağa imkan verməyəcək. Əgər iş axtarırsınızsa, çərşənbə günündən sonra CV göndərmək və müsahibələrdən keçmək üçün çox əlverişli olacaq. Subayların bu həftə sevgi cəbhəsində bəxti gətirməsə də, maddi durumları yaxşı olacaq: maaşlarınızda artım gözlənilə bilər. Uğurlu günləriniz 20, 21 iyul, uğursuz gününüz isə 23 iyuldur.

ŞİR bürcü


Bu həftə Şir əsəbi olacaq, vay o kəsin halına ki, ona artıq söz deyəcək. Şir bütün hirsini həmin adamdan çıxacaq, heç “uf” da deməyəcək. Əsəbin əsas səbəbi gərgin iş qrafiki olacaq, amma sonda çoxlu pul və xoşbəxt anlar gözlənilir. Həftəiçi yığılmış bütün problemlər həll olunacaq və hətta gözləmədiyiniz uğura imza atacaqsınız. Həftəsonu sevgilinizlə istirahətə çıxmaq şansı qazanacaqsınız: münasibətləriniz daha da möhkəmlənəcək. Uğurlu günləriniz 22, 23 iyul, uğursuz gününüz isə 18 iyuldur.

QIZ bürcü


Subay Qızlar, münasibətə hazırlaşın: sevgi tufan kimi sizin həyatınıza daxil olacaq. Nağıllarda oxuduğunuz sevgi hekayələri çin olacaq: xaricdə yaşamağa şans qazanacaqsınız. Evli olanlar, həyat yoldaşınızla incə davranın, çöldə gəzərkən əks cinsə baxmayın, yoxsa qısqanclıq zəminində dava düşəcək. Ev və ya avtomobil almaq istəyənlər diqqətli olmalıdırlar: ola bilər ki, qarşınıza fırıldaqçılar çıxsın. Maliyyə işlərini gələn həftəyə saxlayın. Uğurlu günləriniz 17, 18 iyul, uğursuz gününüz isə 19 iyuldur.

TƏRƏZİ bürcü


Çoxdandır xoşunuza gələn insana hissləriniz haqda deməkdən çəkinməyin: uzatsanız, gecikəcəksiniz və onun həyatına başqası girəcək, sevgi qatarınız gedəcək. Ayın sonuna kimi təcili həll edilməli olan vacib məsələlərə vaxt ayırın. Maddi durumunuzda sıxıntılar olmayacaq, qazandığınız halal pulları ürəklə xərcləyin. Həftəsonu müzakirə obyekti olacaqsınız: hamı sizin haqqınızda danışacaq, hətta televiziyada özünüzü görsəniz, təəccüblənməyin. Uğurlu günləriniz 20, 22 iyul, uğursuz gününüz isə 18 iyuldur.

ƏQRƏB bürcü


Əqrəb bürcü istənilən situasiyanı həll edib irəliyə doğru hərəkət etməyi bacarır: bu həftə bütün planlarınız uğurla sonlanacaq. Sevgisiz qala bilməyən Əqrəbin həyatına bir nəfər daxil olacaq: onun əlindən bərk tutun və heç yerə buraxmayın. Həftəsonu çoxdandır görmədiyiniz insanla qarşılaşacaqsınız: bu görüş sizin üçün çox emosional keçəcək və hətta həyatınızı dəyişə biləcək hadisələrə səbəb olacaq. Uzaqməsafəli səfərləri ləğv etmək məsləhətdir, çünki indi səyahət üçün uyğun vaxt deyil. Uğurlu günləriniz 17, 18 iyul, uğursuz gününüz isə 22 iyuldur.

OXATAN bürcü


Oxatanlar, mehriban xasiyyətiniz başınıza bəla olacaq: hamı sizdən istifadə etməyə çalışacaq. Həftə yaxınlarınız, dostlarınızla ünsiyyət və romantik görüşlər üçün əlverişli olacaq. Səfərlər yaxşı keçəcək, xüsusən də sevdiyiniz insanla yola çıxsanız. Bəlkə də, sizin kimi ağıllı bir bürc yoxdur, lakin siz özünüzə ya güvənmirsiniz, ya da öz gücünüzün nəyə qadir olduğunu bilmirsiniz: arzularınızı həyata keçirmək vaxtıdır! Uğurlu günləriniz 20, 22 iyul, uğursuz gününüz isə 23 iyuldur.

OĞLAQ bürcü


“Deyirlər ki, toy olacaq”: bu həftə ulduzlar sizə evlənməkdə, münasibətə başlamaqda kömək edəcək. Bəlkə də 2023-cü ilin ən xoşbəxt cütlüklərindən biri siz olacaqsınız: sevdiyiniz, xoşladığınız biri varsa, çəkinmədən ona öz hisslərinizi bildirin. Bəyənmədiyiniz və ya əhvalınıza mənfi təsir göstərən insanları həyatınızdan silin: necə deyərlər, şərdən-xətadan uzaq durun. Pul qazanmaq məharətiniz yüksəkdir, lakin ağlınızı işlətməyə tənbəllik edirsiniz. Pulunuzu düzgün yerə yönəltsəniz, çoxlu qazanc əldə edə bilərsiniz. Uğurlu günləriniz 21, 22 iyul, uğursuz gününüz isə 19 iyuldur.

DOLÇA bürcü


Həftənin əvvəli nə ilə məşğul olsanız da, unutmayın ki, tez bir zamanda uğur qazana bilməyəcəksiniz: çətinliklər heç gözləmədiyiniz yerdə yarana bilər. Amma siz səbir etməli və əlbəttə ki, başladığınız işdən əl çəkməməlisiniz, çünki nəticəsi çox gözəl və uğurlu olacaq. Münasibət qurmaq istəməyən Dolçalar, bəlkə tərpənmək vaxtıdır? Çəkinməyin, sevmək və sevilməyin əsl zamanıdır. Bu həftə, bəlkə də, sizin ən xoşbəxt günlərinizdən biri olacaq: həyatınızda dəyişikliklər baş verəcək. Bu dəyişikliklər şəxsi həyatınızla bağlı olacaq. Uğurlu günləriniz 18, 21 iyul, uğursuz gününüz isə 22 iyuldur.

BALIQLAR bürcü


Həftəni gözləmədiyiniz xəbərlə açacaqsınız: çoxdandır çözə bilmədiyiniz məsələ həllini tapacaq. Həftəiçi illərdir sizi axtarmayan qohumlar yağışdan sonra göbələk kimi peyda olacaqlar. Evinizin qapısını bərk bağlayın, çünki onlar gedəndən sonra sizin haqqınızda söz-söhbətlər yayacaqlar. Bir dostunuz var, o, sizi sevir, amma siz ona fikir vermirsiniz: taleyiniz gözünüzün qabağında olduğu halda, necə kor ola bilərsiniz? Həftəsonu pulun içində üzəcəksiniz: müdiriyyət sizə bol-bol bonuslar verəcək. Uğurlu günləriniz 18, 23 iyul, uğursuz gününüz isə 17 iyuldur.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər