top
Geologiya elmləri doktoru Sərdar Səmədov
09 yanvar 2024, 19:00
- +

Geologiya elmləri doktoru Sərdar Səmədov

Sərdar Sadıx oğlu Səmədov 28 iyun 1927-ci ildə Bakının Suraxanı qəsəbəsində neftçi ailəsində anadan olub.

O, Suraxanıda 85 saylı orta məktəbi bitirərək Bakı Enerji-maşınqayırma texnikumunda təhsilini davam etdirib. 1945-ci ildə həmin texnikumu bitirdikdən sonra L.Şmidt adına maşınqayırma zavodunda texnik-texnoloq kimi əmək fəaliyyətinə başlayıb.

Səmədov 1947-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində mühəndis-geoloq ixtisası üzrə təhsil alıb. Təhsil alarkən “Paleontologiya və tarixi geologiya” kafedrasında öz ixtisası üzrə laborant kimi çalışıb, 1952-ci ildə aspiranturaya qəbul olunub, daha sonra assistent, dosent və professor vəzifələrinə yüksəlib. [http://geology.bsu.edu.az/az/news/unudulmaz_alim_v_pedaqoq

Səmədov elmi-pedaqoji fəaliyyətə 1951-1952-ci illərdən başlayıb. 1956-cı ildə o, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini, 1969-cu ildə isə doktorluq elmi dərəcəsini alıb. Onun 1956-1957-ci illərdən çap olunan məqalələri Azərbaycanın əsas neftli-qazlı vilayətləri, tektonik qırılmaları, onların tipləri və digər məsələlərə həsr olunub. Doktorluq dissertasiyasında Səmədov tərəfindən Xəzərin qərb sahilboyu zonasının (Dağıstan, Azərbaycan) neft-qaz-geoloji rayonlaşdırılması sxemi təklif olunmuş, yura çöküntüləri üzrə ilk dəfə olaraq, struktur xəritəsi tərtib edilmişdir.

Alim 154-dən çox elmi əsərin, o cümlədən 11 monoqrafiya, dərs vəsaiti və tədris proqramlarının, 120-dən çox məqalə və istehsalat hesabatlarının, elmi-kütləvi kitabların müəllifi olub. O, 20-dən çox beynəlxalq və respublika miqyaslı konqres və konfransların iştirakçısı olaraq, Azərbaycanı təmsil edib.

Səmədov SSRİ Təhsil Nazirliyinin qərarına əsasən, uzun müddət xarici ölkələrdə (Əlcəzair, Əfqanıstan) elmi-pedaqoji fəaliyyət göstərmişdir, 1971-1974-cü illərdə Əlcəzairdə Neft-qaz İnstitutunda kafedra müdiri və professor vəzifəsində çalışmış və geoloji fənləri fransız dilində tədris etmişdir. O, 1977-1979-cu illərdə Əfqanıstanda Kabil Politexnik İnstitutunda neft və qaz kafedrasının müdiri və professoru vəzifələrində çalışmışdır. [Şərəfli ömür yolu.//Elm. 24 avqust 2007]

Alim 1985-1992-ci illərdə BDU-nun “Ümumi geologiya və hidrogeologiya” kafedrasının müdiri, 2003-2011-ci illərdə “Ümumi geologiya” kafedrasının müdiri vəzifələrində çalışmışdır.

O, “Əməkdar müəllim” adına və bir sıra fəxri fərmanlara layiq görülmüşdür.

Sərdar Səmədov 5 iyul 2012-ci ildə Bakıda vəfat edib. [http://static.bsu.az/w8/Xeberler%20Jurnali/Tebiet%20%202012%202/215-216.pdf

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər