Bir gün Nina Bərbərova qızı Yeva ilə Bakı Zooparkında gəzərkən xəstə şir balasını görür. Onlar ailə başçısı, memar Lev Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edirlər. Heyvanlara xüsusi sevgisi olan Lev şiri mənzillərinə gətirir. Tezliklə bütün ailənin sevimlisinə çevrilən şirə “Kinq” adı verilir.
Kinq artıq bir ildən sonra iri şirə çevrilir. Ninanın sözlərindən: “Fikirləşirdik ki, o, böyüyüb güclənəndən sonra yenidən zooparka qaytaraq. Lakin Kinqi zooparka qaytaranda yolda o özündən çıxdı, az qaldı ki, maşını da aşırsın. Bizə dedilər ki, o daha nə zooparkda, nə də ki, vəhşi təbiətdə yaşaya bilər. Məcbur olub onu mənzilimizdə saxlamalı olduq”.
Kinq tezliklə kinolarda yer almağa başlayır. O, “Şir evdən getdi”, “Oğlan, qız və şir”, “Dədə Qorqud”, “İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri” kimi filmlərdə çəkilir. [https://m.modern.az/az/news/67364/bakidaki-evinde-sir-saxlayan-ailenin-faciesi-ehlilesdirilen-heyvan-anani-yaralayib-oglunu-parcalayib-]
Son filmin çəkilişləri zamanı Bərbərovlar ailəsi müvəqqəti məktəb binasına yerləşdirilir. Bir gün Kinq nəzarətsiz qalır və pəncərə onündə onu qıcıqlandıran tələbənin üstünə cumur. Bu zaman polis leytenantı Qurov səs-küy gələn tərəfə qaçır, vəziyyəti aydınlaşdırmamış Kinqə atəş açır. Şir həmin anda oğlandan aralanaraq geri çəkilsə də, leytenant atəş açmağa davam edir və şiri öldürür.
Bu hadisə bütün ailə üzvlərinə təsir edir. Moskva ziyalıları pul toplayaraq, ailəyə yeni şir bağışlayırlar. İkinci şirin adını Kinq II qoyurlar. 1975-ci ildə Bərbərovlar ailəsinin həyatı haqqında “Mənim şirim var” filmi çəkilir.
1978-ci ildə, ailə başçısı Levin vəfatından sonra ailə şiri saxlamaqda çətinlik çəkməyə başlayır.
24 noyabr 1980-cı ildə evə gələn Nina heyvana yemək verir. Bu zaman Kinq II ona hücum edir və ağır xəsarətlər yetirir. Anasının səsinə qaçan 14 yaşlı Roma şirin boğazından tutub dartır. Lakin qan iyindən başını itirmiş Kinq II anasının gözləri önünüdə oğlunu parçalayıb öldürür. Bu şirin də aqibəti eyni olur: qonşular tərəfindən çağırılan polislər dama qalxaraq mənzilə atəş açırlar və Kinqi öldürürlər. [https://dzen.ru/a/YdWA7M7biAXsN3Rv]