top
Dünyanın ən zəngin sülalələrindən olan Rotşildlərin Bakıda fəaliyyəti
11 oktyabr 2022, 12:17
- +

Dünyanın ən zəngin sülalələrindən olan Rotşildlərin Bakıda fəaliyyəti

Rotşildlər Azərbaycana “neft bumu” dövründə, 1880-ci illərdə gəliblər. 16 may 1883-cü ildə “Rotşild qardaşları” bank evi Bakıda “Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti” adlı şirkəti təsis edir. Bu şirkətə Bakının Balaxanı, Sabunçu, Ramanı kəndlərində neftlə zəngin olan torpaq sahələri və kerosin zavodu daxil idi.

Cəmiyyətin yaradıcısı, 1868-ci ildən Paris bank evinə başçılıq etmiş baron Alfons Rotşild Parisdə məşhur bankir Ceyms Rotşildin oğlu idi. Atasının ölümündən sonra Parisdəki bütün bank işlərini aparmağa başlayan Alfons dünya siyasətində mühüm rol oynayan maqnat olur.

Rotşild qardaşları fəaliyyət sahəsi kimi, əsasən, xarici bazarı seçmiş və həmin illərin sonunda Rusiya ağ neftin ixracı sahəsində birinci yerə çıxmışdır. Rotşild şirkətinin fəaliyyəti Bakıya fransız və ingilis kapitalını cəlb etmişdir. Bakı ilə Batumini birləşdirən Zaqafqaziya dəmir yolunun inşası 1883-cü ildə məhz fransız kapitalı sayəsində başa çatdırılmışdı. Nəticədə Rotşild Bakının neft müəssisələrinə güzəştli sahiblik hüququnu əldə etmişdir. Həmçinin onun dəstəyi ilə 1907-ci ildə Bakı-Batumi neft kəməri salınmışdır. [Mirbabayev M.F. Azərbaycan neftinin qısa tarixi. Bakı-2007]

Rotşildlər öz müəssisələrində işçilər üçün icbari sığorta tətbiq edirdilər və insanlar xəsarət aldıqda, yaxud xəstələndikdə onlara külli miqdarda pul verilirdi.

Rotşildlər Bakıda xeyriyyə və tikinti işləri ilə də məşğul olublar. Şirkətin pulu ilə indiki R.Behbudov küçəsində sinaqoq (indiki R.Behbudov adına Mahnı Teatrı) tikilmiş, onun nəzdində pulsuz təhsil verən kişi və qadın texniki sənət məktəbləri, həmçinin şənbə günləri axşam sinifləri fəaliyyət göstərmişdi. Rotşildlərin vəsaiti ilə Ağ şəhərdə və Bayılda iki məktəb, De Burun sarayı, “Xəzər-Qara dəniz cəmiyyəti”nin baş kontorunun binası (indiki Respublika Baş Prokurorluğu) inşa edilib.

Alfons Rotşild ömrünün son günlərinədək Bakı neft biznesini öz nəzarəti altında saxlayıb. Vəfatından sonra isə Bakı ilə bağlı işlərlə onun kiçik qardaşı, baron Edmont məşğul olmağa başladı. 1912-ci ildə Rotşildlər Rusiyadakı neft müəssisələrini “Royal Dutch Shell” ingilis-holland trestinə satırlar. 2 iyun 1918-ci ildə isə Bakı kommunası “Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni milliləşdirir.

[Л.Полонский. Банкирский дом Бр. Ротшильд в Баку. Баку-1998]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər