top
Bu gün Xalq artisti Bəsti Cəfərovanın doğum günüdür
13 iyun 2023, 11:28
- +

Bu gün Xalq artisti Bəsti Cəfərovanın doğum günüdür

Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakı şəhərində anadan olub.

O, 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə Akademik Milli Dram Teatrına dəvət olunub, burada Əkrəm Əylislinin “Quşu uçan budaqlar” psixoloji dramında Səltənət rolunu oynayıb.Ədil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb.

Akademik Milli Dram Teatrında Əsmər («Günah», R.Əlizadə), Bədidə və Nigar («Qanlı Nigar», S.Şendil), Gülruh, Azadə xanım, Ağabəyim ağa, Lalə, Sürəyya, Xurşidbanu Natəvan, («Şeyx Xiyabani», «Dəlilər və ağıllılar», «Hökmdar və qızı», «Büllur sarayda», «Tənha iydə ağacı», «Xurşidbanu Natəvan», İ. Əfəndiyev), Solmaz («Od gəlini»,C. Cabbarlı), Martrio («Dişi canavar», F. Q. Lorka) və s. rollari ifa edib.

Aktrisa, həmçinin Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda da iştirak edərək, Pəri («Solğun çiçəklər», Cəfər Cabbarlı), Gülay («Ər və arvad», Mar Bayğıyev), Alina («Astana», Anatoli Dudarev), Rəna («Analar», Əzizə Cəfərzadə), Ağabəyim ağa («Güllələnmiş heykəllər», Hüseynbala Mirələmov) rollarında çəkilib.

Bundan əlavə, Cəfərova bir sıra filmlərdə rol alıb: “Ömrün yolları”, “Astana”, “Solğun çiçəklər”, “Analar”, “Gün aydın, mələyim” və s.

Bəsti Cəfərova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Aktrisa Prezidentin fərdi təqaüdçüsüdür.

Mənbələr:


  1. https://azdrama.az/?page_id=213

  2. https://news.milli.az/culture/140428.html

  3. http://www.anl.az/down/meqale/sherq/2019/iyun/658678.JPG

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər