top
Bu gün “Qayınana” obrazını canlandıran Nəsibə Zeynalovanın doğum günüdür
20 aprel 2022, 10:55
- +

Bu gün “Qayınana” obrazını canlandıran Nəsibə Zeynalovanın doğum günüdür

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub.

Atası Cahangir Zeynalov tacir, aktyor və Azərbaycan milli realist aktyor məktəbinin banilərindən biri idi. 1918-ci ilin mart hadisələri zamanı Cahangir ailəsi ilə İrana köçür. Bir müddət sonra ailə Bakıya qayıdır, lakin atası xəstəliyə tutulur və rəhmətə gedir.

Nəsibə xanım orta məktəbdə oxuyanda rəqqasəlik edib. Yaradıcılıq fəaliyyətinə dövlət filarmoniyasında rəqqasə kimi başlasa da, bu cəhdi uğursuz olub. 14 yaşında ailəsinə kömək etmək üçün o, orta təhsilini yarımçıq qoyur və Bakı elektrik şəbəkəsində, tramvay parkında tabelçi, topdan satış anbarında fəhlə işləyir. [Aydın Kazımzadə. Səhnəmizin və ekranımızın Qayınanası. Mədəniyyət.- 2010.- 22 sentyabr.- S. 13.]

Nəsibə xanım 1932-ci ildə rejissor Rza Təhmasibin dram dərnəyinə üzv olur, 1937-ci ildə isə Bakıda fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayır. 1938-ci ildən o, yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasında birinci dərəcəli aktrisa kimi fəaliyyət göstərməyə başlayır. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsilini alır. [İradə Əliyeva. Hər xalqa nəsib olmayan Nəsibə xanım. Azərbaycan.- 2016.- 26 oktyabr.- S. 7.]

1949-cu ildə Musiqili Teatr müvəqqəti olaraq bağlanıb və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, Əzizbəyov adına mədəniyyət sarayında qrim ustası, Filarmoniyanın estrada bölməsində aktrisa işləyib. 1956-cı ildə Musiqili Teatr yenidən açılıb və Nəsibə xanım oraya qayıdıb.

Aktrisa teatrda “Hicran” (Qızbacı), “Qayınana” (Cənnət), “Ulduz” (Züleyxa), “Gözün aydın” (Nargilə) və s. kimi tamaşalarda rolların ifaçısı olub. Nəsibə xanım “Bəyin oğurlanması” (Əsli xala), “Bizim Cəbiş müəllim” (Suğra xala), “Qayınana ”(Cənnət xala), “Ögey ana” (Fatmanisə), “Ulduz” (Züleyxa) və s. filmlərdə müxtəlif obrazları canlandırıb. [Rəhimli İ.Ə. Nəsibə Zeynalova. Bakı-2017]

Səhnə yaradıcılığına görə Nəsibə Zeynalova 1960-cı ildə respublikanın “əməkdar artisti”, 1967-ci ildə “xalq artisti” adına, 1974-cü ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər