İlham Heydər oğlu Əliyev 24 dekabr 1961-ci ildə Bakıda anadan olub.
Əliyev Bakıda 6 saylı orta məktəbi bitirib. O, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub, 1982-ci ildə həmin İnstitutun aspiranturasında təhsilini davam etdirib. İlham Əliyev 1985-ci ildə oranı bitirərək, tarix elmləri namizədi dərəcəsini alıb və 5 il MDBƏİ-də müəllim işləyib.
1994-2003-cü illərdə İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb. O, “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. İlham Əliyev 1995 və 2000-ci illərdə Milli Məclisə üzv seçilib, lakin 2003-cü ildə Baş Nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
15 oktyabr 2003-cü ildə keçirilən seçkilər nəticəsində İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərdə yenidən qələbə qazanmışdır.
İlham Əliyev Türkiyə, Rusiya, Fransa, İtaliya və başqa ölkələrin fəxri ordenlərinə və adlarına layiq görülüb. Prezident, həmçinin Yeni Azərbaycan Partiyasının sədridir və ordumuzun Ali Baş Komandanıdır.