top
Bu gün opera müğənnisi Firəngiz Əhmədovanın doğum günüdür
23 sentyabr 2022, 18:30
- +

Bu gün opera müğənnisi Firəngiz Əhmədovanın doğum günüdür

Firəngiz Yusif qızı Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub.

Orta məktəbi bitirdikdən sonra o, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub. 1955-ci ildə Əhmədova təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib.

Əmək fəaliyyətinə gənc yaşlarından başlayan Firəngiz Əhmədova 1946-1951-ci illərdə Azərbaycan radiosu xorunun, 1951-1988-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1989-1997-ci illərdə isə həmin teatrda ustad dərslərini aparıb.

Müğənni Üzeyir Hacıbəylinin “Koroğlu” operasında “Nigar”, Müslüm Maqomayevin “Şah İsmayıl”ında “Gülzar”, “Nərgiz”də “Nərgiz”, Fikrət Əmirovun “Sevil”ində “Sevil” və başqa rolların ifaçısı olub.

Firəngiz xanım, həmçinin müxtəlif filmlərdə mahnıların ifaçısı olub: “O olmasın, bu olsun”, “Sevil”, “Azərbaycan elləri”. [Mükərrəmoğlu M. Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi. //Xalq qəzeti.-2018.- 23 sentyabr.- S.7.]

Firəngiz Əhmədova ictimai xadim kimi də fəaliyyət göstərib. O, 4-cü çağırış SSRİ Ali Sovetinə və 5-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.

Əhmədova Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqa böyük sənətkarlarla opera tamaşalarının nümayişi məqsədilə təşkil olunmuş qastrol səfərlərində olub. O, Sovet İttifaqına daxil olan respublikalarda, eləcə də Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya və başqa ölkələrdə çıxış edib.

O, “Azərbaycan SSR Əməkdar artisti”, “Azərbaycan SSR Xalq artisti”, “SSRİ Xalq artisti” fəxri adlarına, “Lenin” və “Şöhrət” ordenlərinə layiq görülüb.

Firəngiz Əhmədova 16 dekabr 2011-ci ildə 83 yaşında Bakıda vəfat edib və I Fəxri xiyabanda dəfn olunub. [Fərəcova Z. Gözəl səsi ona böyük sevgi qazandırdı.Azərbaycan. - 2018.- 26 sentyabr.- S.11.]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər