top
Bu gün milyonçu Ağa Musa Nağıyevin anım günüdür
04 mart 2022, 11:15
- +

Bu gün milyonçu Ağa Musa Nağıyevin anım günüdür

Ağa Musa Nağıyev 1849-cu ildə Bakının Biləcəri kəndində anadan olub.

İbtidai təhsilini Nağıyev kənd mollaxanasında alıb, eyni zamanda fəhlə kimi işləyib. 18 yaşına kimi müəyyən məbləğ yığan Ağa Musa kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi alıb. Lakin bu ərazidə qazdığı quyudan su əvəzinə neft fontan vurur və Nağıyev varlanır. Əldə etdiyi gəlir çoxaldıqca Ağa Musa Bakı kəndlərində neftlə zəngin olan torpaqları alır və yeni quyular qazdırır. Nağıyevin Balaxanı, Ramana, Sabunçu və s. kəndlərdə neft mədənləri var idi.

Rusiya Dövlət Bankının göstəricilərinə görə 30 yaşlı Nağıyevin əmlakı 30 min rubl məbləğində qiymətləndirilirdi, 1918-ci ildə isə onun varidatının ümumi miqdarı artıq 413 rubl təşkil edirdi. O, Nobellərdən sonra ən iri neft sahibkarı hesab edilirdi. Çar II Nikolay Ağa Musanı “Neft kralı” adlandırıb, onu III dərəcəli müqəddəs Stanislav ordeni ilə mükafatlandırıb. Nağıyevin kreslosu hazırda Sankt-Peterburqun “Ermitaj” muzeyində saxlanılır. [Dilarə Nağıyeva. Zamanın sorağında. Bakı-2011]

Çoxları Nağıyevi xəsis adlandırırdı. Deyilənə görə, o, məhz bu səbəbdən başqa milyonçulardan fərqli olaraq qoçu saxlamırdı və tez-tez girov götürülürdü. Üçüncü dəfə onun oğurlanmasını sifariş edən şəxs Stalin idi. Ağa Musanı üç gün saxladıqdan sonra pul alıb onu buraxırlar. Sonradan Stalin onun evinə tez-tez qonaq gəlir və ona pianino hədiyyə edir. Bu pianino hazırda Nağıyevin nəvəsinin evində qorunub saxlanılır. [https://www.youtube.com/watch?v=F0JX_1BO-Ro]

Deyilənə görə, Nağıyev qarşısına Bakıda 100 bina tikdirməyi məqsəd qoymuşdu. Lakin 70 yaşında vəfat edən milyonçu yalnız 98 bina inşa etdirə bilib. Onların sırasına İsmailiyyə, "Yeni Avropa" mehmanxanası, şəhər xəstəxanası (Semaşko), Zabitlər evi və başqa binalar və evlər daxildir. Həmçinin o, imkansız tələbələrə təqaüd ayırırdı və onları başqa ölkələrə oxumağa göndərirdi. [Ülviyyə Tahirqızı. Milyonlar içində keçmiş ömür. Xalq Cəbhəsi.- 2013.- 13 sentyabr.- S.13.]

Ağa Musa 4 mart 1919-cu ildə Bakıda vəfat edib və Çəmbərəkənd (indiki Dağüstü park ərazisində) qəbiristanlığında dəfn olunub. Onun qəbrinin yeri bir neçə dəfə dəyişdirilib. Hazırda Nağıyevin məzarı Biləcəri qəbiristanlığının girəcəyində yerləşir.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər