top
27 sentyabr - Anım Günü: İkinci Qarabağ müharibəsinin başlanmasından 3 il ötür
27 sentyabr 2023, 00:07
- +

27 sentyabr - Anım Günü: İkinci Qarabağ müharibəsinin başlanmasından 3 il ötür

Dağlıq Qarabağ münaqişəsi XX əsrin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Beləliklə, Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən Azərbaycanın yaşayış yerlərini və hərbi mövqelərini atəşə tutub. Buna cavab olaraq, “Dəmir yumruq” adlı əks-hücum əməliyyatı başlayıb.

Müharibənin ilk günlərində Azərbaycan Ordusu bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edib. 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı və 8 noyabr Şuşa şəhərləri işğaldan azad olunub. İkinci Qarabağ müharibəsinin nəticəsində 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi azad edilib.

10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalayıblar. Ona əsasən, həmin ilin 20 noyabr tarixində Ağdam rayonu, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın qaytarılıb. 44-günlük müharibə nəticəsində 93 mülki azərbaycanlı həlak olub, 454 nəfəri isə yaralanıb.

2 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si ölkədə Anım Günü kimi qeyd olunur.

19 sentyabr 2023-cü ildə Qarabağda Azərbaycan tərəfindən lokal xarakterli antiterror əməliyyatları başlayıb. Buna səbəb isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrində ardıcıl iki mina partlayışının baş verməsi olub: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yük maşınının tank əleyhinə minaya düşməsi nəticəsində agentliyin iki əməkdaşı - Sadıxov Samir və Quliyev Fərhad həlak olublar. Hadisədən bir qədər sonra isə həmin ərazidə törənmiş növbəti mina partlayışında 4 polis əməkdaşımız həlak olub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər