Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür. O, 5 sentyabr 1935-ci ildə Bakının Saray kəndində anadan olmuşdur.
Teatr və kino aktyoru “Hamlet”, “Yuxu”, “Əhməd haradadır” kimi filmlərdə, “Hicran” və “Ulduz” tamaşalarındakı rolları ilə yaddaşlarda həkk olunub.
Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayan Əməkdar artist musiqili komediya estrada truppasında və Quba Dövlət Dram Teatrında çalışıb. Bundan əlavə, Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri, daha sonra həmin teatrın bədii rəhbəri olub.
Səyavuş Aslan 27 iyun 2013-cü ildə vəfat edib. O, II Fəxri Xiyabanda dəfn olunub.