Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış qələbənin ikinci ildönümünü - Zəfər Gününü qeyd edir.
10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən 3 tərəfli bəyanat imzalanmışdır. Bu sənədlə 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi qələbəsi, ölkənin ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi.
Sonradan 10 noyabr tarixinin Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğu nəzərə alınmışdır və Zəfər Gününün qeyd edilmə tarixi dəyişilmişdir. Prezidentin 3 dekabr 2020-ci il tarixli Fərmanına əsasən, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Zəfər Gününün noyabrın 8-də qeyd edilməsi haqda qərar qəbul edilmişdir.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.