top
Bu gün Azərbaycanın balet sənətinin banisi Əfrasiyab Bədəlbəylinin doğum günüdür
19 aprel 2022, 12:45
- +

Bu gün Azərbaycanın balet sənətinin banisi Əfrasiyab Bədəlbəylinin doğum günüdür

Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakıda xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və Qacar nəslindən olan Rəhimə xanımın ailəsində anadan olub.

Bədəlbəyli 1912-1916-cı illərdə rus-müsəlman məktəbində, 1917-1924-cü illərdə Bakı real məktəbində təhsil alır. 1923-cü ildən Azərbaycan Teatr Məktəbində təşkil olunan səhnə tamaşalarında iştirak edir. Təhsilini davam etdirmək məqsədilə o, Bakı Teatr Texnikumunda, indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Sankt-Peterburq Konservatoriyasının nəzdindəki musiqi məktəbində oxuyur. [Azərbaycan Sovet Ensiklopediyası. Bakı-1979] [Əfrasiyab Bədəlbəyli. Qarabağın görkəmli simaları.//İqtisadiyyat.-2022.- 14-20 aprel.- S.8.] 

1925-ci ildə Bədəlbəyli Üzeyir Hacıbəyovun səhnəyə qoyulmuş “Arşın mal alan” operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edir. Tarda da ifa üslubuna nail olmuş bəstəkar 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərlərində iştirak edir. 1928-ci ildən Əfrasiyab “Kommunist” qəzetində tərcüməçi vəzifəsində çalışır.

Həmin il musiqisi Bədəlbəyliyə məxsus olan Cəfər Cabbarlının “Od gəlini” əsərinin premyerası olur. Bu musiqi tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir və Cabbarlı yazdığı “Sevil” pyesinə də musiqi bəstələməyi Bədəlbəyliyə tapşırır. O, bir çox dram tamaşasına - Cəfər Cabbarlının “1905-ci ildə” və “Yaşar” pyeslərinə, A.Afinogenovun “Qorxu”, M.F.Axundovun “Hacı Qara”, “Müsyö Jordan və dərviş Məstəli şah” əsərlərinə musiqi bəstələyib. [Azərbaycanda ilk baletin müəllifi. Səs.- 2013.- 23 aprel.- S.21.]

Bədəlbəyli xeyli müddət Rusiyanın opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib, 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. [Azərbaycan Sovet Ensiklopediyası. Bakı-1979]

Əfrasiyab Bədəlbəyli 33 yaşında “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə o, “Nizami”, “Söyüdlər ağlamaz”, dostu bəstəkar B.Zeydmanla birlikdə bir pərdəli “Xalq qəzəbi” operalarını yazıb.

O, 1940-cı ildə respublikanın “əməkdar incəsənət xadimi”, 1960-cı ildə “xalq artisti” fəxri adlarına layiq görülüb.

Bədəlbəyli P.Çaykovskinin “İolanta” operasını, şair M.S.Ordubadi ilə birlikdə italyan bəstəkarı C.Rossininin “Sevilya bərbəri” operasını Azərbaycan dilinə tərcümə edir və bəstəkar Minkusun “Don Kixot” baletinin yeni redaksiyası üçün libretto yazır. [Azərbaycanda ilk baletin müəllifi. Səs.- 2013.- 23 aprel.- S.21.]

Əfrasiyab Bədəlbəyli 6 (9) yanvar 1976-cı ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər