8 Mart bayramının tarixi və qeyd edilməsi 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə başlayır. Bu səbəbdən 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü hesab edillir.
1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində, Qadın Sosialist İnternasionalının qurultayında alman sosialisti Klara Setkin Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il həmin günün Beynəlxalq Qadınlar Günü olmasını təklif etdi və onun bu təklifi qəbul edildi.
Bu bayram Azərbaycanda ilk dəfə 1917-ci ildə qeyd edilmişdir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart istirahət günü elan olunmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.