top
Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
31 mart 2022, 09:18
- +

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Mart soyqırımı 1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın rəhbərliyi ilə bolşevik-daşnak birləşmələrinin Bakıda müsəlman əhaliyə qarşı törətdikləri kütləvi soyqırımdır.

Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda milli dirçəliş prosesi güclənirdi və "Müsavat" partiyasının nüfuzu artırdı. "Müsavat"ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda mübarizəsi bolşevikləri narahat edirdi. Buna görə Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək milli azadlıq hərəkatını boğmaq, "Müsavat" partiyasını zəiflətmək istəyirdi.

Moskvadan mənəvi dəstək alan Şaumyan bu cinayəti həyata keçirmək üçün bəhanə axtarırdı. Bu məqsədlə "Evelina" münaqişəsi törədildi. Müsəlman alayının zabitləri milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Martın 24-də zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Bu zaman "Evelina"nın yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi.

Müsəlman əhalisi məscidlərə toplanaraq silahların qaytarılmasını tələb edirdi. Martın 30-da erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Martın 31-də bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və digər məhəllələrə hücum etdilər. 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən məhəllələri bombalamağa başladılar. Yaxşı silahlanmış və hazırlanmış ermənilər müsəlmanların evlərinə soxulur, sakinləri öldürürdülər, hər cür vəhşiliyə əl atırdılar. Erməni-daşnak birləşmələri soyqırımı aprelin 2-ə kimi davam etdirdilər.

Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik-daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər.

1998-ci ildə martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü" elan olundu.

Mənbələr:


  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.

  2. Abışov V.Ş. Bakıda Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Bakı-2017.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər