top
Brandenburq qapısı üzərində sovet bayrağını sancan bakılı Rəşid Məcidov
09 may 2022, 13:10
- +

Brandenburq qapısı üzərində sovet bayrağını sancan bakılı Rəşid Məcidov

Rəşid Əsəd oğlu Məcidov 21 mart 1908-ci ildə Bakıda hərbçi ailəsində anadan olub.

Məcidov 1923-cü ildə Bakı Sənaye və İqtisadiyyat Texnikimuna daxil olub, 1927-ci ildə oranı bitirib. O, 8 nömrəli uşaq evində tərbiyəçi və qabaqcıl pioner olub. Məcidov 1933-cü ildə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərib. Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirən Məcidov sonradan Qaradağ Rayon Partiya Komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub. [https://news.day.az/politics/793496.html

Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. 93%-i azərbaycanlılardan ibarət olan diviziyanın tərkibində Mozdokdan (Şimali Osetiya) Berlinə qədər yol keçib. 2 may 1945-ci ildə Berlinin alınması zamanı polkovnik Rəşid Məcidovun rəhbərliyi altında 416-cı diviziyanın əsgərləri Brandenburq qapısı üzərində sovet bayrağını dalğalandırıb. Berlinə hücum zamanı Məcidov SSRİ-nin Berlindəki səfirliyinin binasını tanıyıb, ona zərər verilməməsi barədə tapşırıq verib. Bunun sayəsində səfirlikdə yerləşən minlərlə məxfi sənəd qorunub saxlanılıb.

“Vışka” qəzetində hərbi polkovnikin müharibə haqqında belə sözləri dərc olunmuşdur: “Müharibəni xatırlamağı xoşlamıram...Müharibə səbirsizliklə və qorxu ilə gözlənilən məktublardır, yaxşılığa xüsusi sevgidir, şərə və ölümə xüsusi nifrətdir. Müharibə zamanı mənim nəslim sevməyi və inanmağı, nifrət və inkar etməyi, gülməyi və ağlamağı öyrəndi. Dinc günlərdə, adətən, dəyərini itirən, adi hala çevrilən şeylərin qədrini bilməyi öyrəndi”. [Элеонора Абаскулиева. Победа, оставшаяся в веках. Азербайджанские известия.-2019.- 9 мая]

Müharibə zamanı hərbi xidmətə görə o, “Qırmızı Ulduz”, iki dəfə “Qırmızı Bayraq”, I və II dərəcəli Vətən Müharibəsi ordenləri ilə təltif olunub.

Müharibədən sonra Rəşid Məcidov Gürcüstan SSR-nin Vaziani kəndində artilleriya alayı heyətinin başçısı təyin olunub. O daha sonra Bakıda Milli Diviziyanın siyasi şöbəsinin rəhbəri olub. Məcidov Bakı şəhəri Oktyabr Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş, bir neçə ildən sonra isə Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri təyin edilmiş və ömrünün sonuna qədər burada çalışmışdır. [Абаскулиева Э. Отечества достойный сын. //Азербайджанские известия. 30 марта 2008 года]

Müharibə dövründə radiasiyalı ərazilərdə olan Rəşid Məcidov leykemiyadan əziyyət çəkib. Bu səbəbdən polkovnik 2 iyul 1970-ci ildə vəfat edib. O, Bakının I Fəxri xiyabanında dəfn edilib.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər