top
Bir çox gənc şairin yetişməsində rol oynamış Məşədi Azər
21 iyun 2022, 13:35
- +

Bir çox gənc şairin yetişməsində rol oynamış Məşədi Azər

Xosrov Hacı Məcid oğlu İmaməliyev 2 aprel 1870-ci ildə Buzovnada, tacir ailəsində anadan olub. O, "Məşədi Azər", "Azər Buzovnalı" təxəllüsləri ilə tanınıb.

İmaməliyev ilk təhsilini Buzovnadakı mollaxanada alıb. O, 15 yaşında ikən şeirlər yazmağa başlayıb və ədəbi dairələrin diqqətini cəlb edib. Şərq ədəbiyyatının bilicisi olan şair, həmçinin fars, özbək dillərində şeirlər yazıb. Tədqiqatçı Ağarəfi Zeynalov qeyd edir ki, şair azəri türkcəsindəki qəzəllərində "Azər", farsca qəzəllərində "Rüfət", satiralarında "Azər-Əyyar", mərsiyələrində isə "Xosrov" təxəllüsləri ilə çıxış edib. [Məşədi Azər. “Seçilmiş əsərləri”. Bakı-1996]

İlk dəfə Azər Buzovnalını ədəbi aləmə tanıdan məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Məhz onun göstərişi və maddi köməyi ilə Məmməd Əmin Rəsulzadə "Açıq söz" qəzetinin mətbəəsində şairin "Həmvətənlərimə" adlı 800 beytlik poemasını nəşr etdirib. Bakı şairlərini bir araya gətirən "Məcməüş-şüəra"da tez-tez çıxış edən Buzovnalı sonralar onun rəhbəri də olub, bu müddət ərzində bir çox gənc şairin yetişməsində böyük rol oynayıb.  [Kənan Hacı. Məşədi Azər təzkirəsi. Bakı-2019]

Məşədi Azər "Oğuznamə", "Çingiznamə", "Bakı xanı Dərya xanın Bikə xanım ilə olan əhvalatı" kimi poemaların müəllifidir. O, Firdovsinin "Rüstəm və Söhrab" dastanını tərcümə edib.

Məşədi Azər bir çox tanınmış şairlərlə dost olub. Onun Buzovnadakı evi şair dostlarının bir növ yaradıcılıq məclisinə çevrilmişdi. Qəzəl ustadlarından Ağadadaş Müniri, Mirzə Əbdülxalıq Cənnəti, Haşım bəy Sağib, Seyid Zərgər, Əbdülxalıq Yusif, Həsən Səyyar və Əliağa Vahid bu məclisə yığışıb yeni qəzəllərini oxuyardı. Əliağa Vahid həmişə söhbət əsnasında Azəri özünün böyük müəllimi adlandırardı. "Vahid" təxəllüsünü də Əliağaya məhz Məşədi Azər vermişdi.

O, Cəlil Məmmədquluzadənin 50 illiyinə hədiyyə olaraq Füzulinin "Səhhət və mərəz" əsərini rüqə (klassik xətt növü) ilə yazıb hədiyyə etmişdi. Mirzə Cəlil hədiyyəni arxivində qoruyub saxlamışdır. Deyilənə görə, o, şaxtalı qış günlərində qızınmaq üçün öz əlyazmalarını sobaya atıb yandırsa da, Azərin əlyazmasına toxunmamışdı. Hal-hazırda həmin əlyazma Cəlil Məmmədquluzadənin əlyazmalarıyla birgə Əlyazmalar İnstitutunun fondunda mühafizə olunur. [Kənan Hacı. Məşədi Azərin tənhalığı. Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.8-9.]

Məşədi Azər 8 avqust 1951-ci ildə 81 yaşında vəfat edib və Buzovnada dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər