top
Bayıl Liman Kilsəsi: Dağıdılmış məbəd
06 avqust 2022, 14:50
- +

Bayıl Liman Kilsəsi: Dağıdılmış məbəd

Bir vaxtlar Bakıda, indiki Bayıl qəsəbəsində, Bayraq Meydanının ərazisində kilsə yerləşirdi. Bu məbədin rəsmi adı “Bayılda Moskva mitropoliti Müqəddəs Aleksi adına Bakı hərbi limanının kilsəsi” idi. Xalq arasında isə buraya “Liman Kilsəsi”, “Alekseyevskaya” və ya “Bailovskaya” deyilirdi.

Bayıl burnunda məbədin tikintisi ilə bağlı ilk təkliflər 1860-cı illərdə edilir və dəniz işçiləri tərəfindən dəstəklənir. Bu zamanlar Bayılda hərbi limanın tikintisi ilə əlaqədar zabitlərin əksəriyyəti Bayıla köçürülür və onlar Bakı kilsələrinə uzun yol getmək məcburiyyətində qalırlar. Liman kilsəsi kontr-admiral Aleksandr Davıdovun təşəbbüsü ilə memar Pavel Samoylovun layihəsi əsasında inşa edilir. Kilsənin bünövrəsi 1868-ci ildə qoyulur. Təməlqoyma mərasimində knyaz Aleksey Romanov iştirak edir. Tikinti işləri 1871-ci ildə tamamlanır. [История церквей и приходов Бакинской губернии. (1815-1905 гг.). Баку-1906]

Məbədin binası daşdan inşa edilmişdir və qəhvəyi rəngə boyanmışdır. G.A.Tsitoviç “Ordu və Donanma məbədləri” əsərində Liman kilsəsini belə təsvir edir: “Məbəd köhnə sütunlu daş hasarla əhatə olunmuşdur. Sütunlar ağızları aşağı çevrilmiş və zəncirlərlə birləşdirilən toplar idi. Silahlar və zəncirlər Həştərxan limanının ləğv edilməsindən sonra qalıb. Ehtimal etmək olar ki, ağızları aşağı olan toplar mənəviyyatın dünyəvilikdən üstünlüyünü əks etdirir. Kilsənin yaxınlığında Admiralteyskiy adında bir meydan salınıb. Kilsə çox gözəl alınıb”.

[Цитович Г.А. Храмы армии и флота. Пятигорск-1913]

Kilsənin tutumu 500-dən 1000 nəfərə qədər təşkil edirdi. Təsvirlərə görə, buranın üstü daş oymalarla bəzədilmiş üç girişi var idi. Port kilsəsi üçün xüsusi olaraq çəkilmiş ikonalarla yanaşı, müxtəlif insanlar tərəfindən məbəd üçün bağışlanan qiymətli qədim ikonalar mövcud olub. [Кавказский календарь на 1869 год]

Bayıl liman kilsəsi dəniz işçiləri, xristian və müsəlman əhali tərəfindən ziyarət edilirdi.

Məbəd 1930-cu illərə qədər fəaliyyət göstərib. Sovet dövründə dinə qarşı mübarizə çərçivəsində kilsə əvvəl bağlanıb, sonra isə sökülüb. Onun yerində 1934-cü ildə memar Ter-Saakov tərəfindən 49 saylı məktəb inşa edilib. [https://azerhistory.com/?p=9915]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər