top
Bakı xanlarının ulu babasının iqamətgahı olmuş Maştağa qəsəbəsi
09 aprel 2023, 15:00
- +

Bakı xanlarının ulu babasının iqamətgahı olmuş Maştağa qəsəbəsi

Maştağa qəsəbəsi Bakının Sabunçu rayonunda yerləşir. Bu, Bakı şəhərinin ən böyük yaşayış məntəqələrindən biri hesab olunur.

Maştağa adının mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrdə bu adın “Məşədi ağa” sözündən götürüldüyü qeyd olunur. Buna səbəb keçmişdə kənddən İranın Məşhəd şəhərinə ziyarətə gedənlərin çox olması idi. Bəzi tədqiqatçılara görə, toponim məzdəkilərin (Sasanilərə qarşı hərəkat) adı ilə bağlıdır və “Məzdəgah” (Məzdəkilərin məskəni) sözündən əmələ gəlib. [Мамедов А.М. Структура и семантика иранского пласта топонимии Азербайджана. Москва-2006]

Tarixçi Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində kəndin adını “Məşqətə”(“Məsqətə”) kimi qeyd edir. Onun fikrincə, kəndin əhalisi eramızdan əvvəl VI-V əsrlərdə mövcud olmuş massaget tayfasının davamçılarıdır. [Bakıxanov Abbasqulu ağa. Gülüstani-İrəm. Bakı-2000]

Maştağa bir müddət Bakı xanlarının ulu babası olan Dərgahqulu xanın iqamətgahı olmuşdur. Bakı xanlarından II Mirzə Məhəmməd xan ilə Hüseynqulu xan arasında xanlıq üstündə mübarizə getdiyi illərdə Mirzə Məhəmməd xan Maştağada yaşamışdır. Deyilənə görə, Mirzə Məhəmməd xan Maştağada bir qala da tikdirmişdir. Qala XX əsrin əvvəllərində dağıdılmışdır.

Qəsəbənin üç əsas mərkəzi məhəlləsi Keçənlər, Xunxar və Seyidlər qəsəbənin ən qədim məhəllələridir. Qazıntılar zamanı aşkar edilmiş mis sikkələr, qəbirüstü daşlar, abidələr Maştağanın qədim yaşayış yeri olduğunu sübut edir. Lakin işğalçıların basqınına və zəlzələlərə məruz qalan Maştağa dəfələrlə dağıdılmışdır. [http://sabunchu-ih.gov.az/az/page/236.html

Maştağa Bakıda ən çox məscidi olan kənd idi. 1939-cu ilin məlumatına görə, kənddə 36 məscid və 4 pir mövcud olub.

1918-ci ildə Maştağa qoçuları erməni-bolşevik hücumlarına qarşı vuruşublar. Onlar ətrafına kənd cavanlarını toplayaraq mübarizəni təşkil ediblər. Ermənilərlə döyüşdə general Həbibbəy Səlimovun komandanlıq etdiyi Maştağa qarnizonu da şücaət göstərib. Qarnizonda xidmət edən 1700 nəfərədək maştağalı ermənilərlə döyüşərək Bayıladək irəliləyib. Onlardan bir qismi sonralar Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət edib. [Yeganə Cansail. Maştağa. Mədəniyyət.- 2010.- 20 avqust.- S. 8.] 

Yerli sakinlər, əsasən, əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdular. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

1893-cü ilin statistik məlumatlarına görə, Maştağa kəndində 6179 sakin yaşayırdı. 1960-cı ilin məlumatına əsasən, əhalinin sayı 16.9 min nəfər olub. 2021-ci ildə Maştağa əhalisi 46.7 min nəfər təşkil edirdi. [Свод статистических данных о населении Закавказского края. Тифлис-1893]

[Баку за 40 лет в цифрах. Баку-1960][https://www.stat.gov.az/]

[URIS id=96636]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər