top
Bakı xanlığının təsərrüfatı
13 may 2022, 12:50
- +

Bakı xanlığının təsərrüfatı

XVIII əsrin ikinci yarısında Bakı xanlığının tarixində siyasi hadisələrin baş verməsinə baxmayaraq, bu dövrdə nisbi iqtisadi canlanma müşahidə olunurdu. Bu zamanlar Bakı xanlığının coğrafi mövqeyi, yerli resursların mövcudluğu onun iqtisadi inkişafına şərait yaradırdı.

Münbit torpağa malik olmayan Bakı xanlığı neft və duz kimi faydalı qazıntılarla zəngin idi. Abşeron yarımadasının əsas neft mənbələri Balaxanı, Suraxanı, Binəqədi kəndlərində yerləşirdi. Rus alim K.Qablits öz əsərində XVIII əsrin sonlarında Bakıda “Neft adası” adlanan yeri qeyd edirdi. Ehtimal olunur ki, bu, Pirallahı adası idi. Bu dövrdə Abşeronda 100-dən çox qara, 15-dən çox ağ neft quyuları mövcud olub. Neft Bakıda satılırdı, yaxud gəmilərlə Rusiyaya və İrana göndərilirdi. [К.И.Габлиц. Исторический журнал бывшей в 1781 и 1782 гг. на Каспийском море Российской эскадры под командой флота капитана 2-го ранга графа Воиновича, с картою оного моря. Москва-1809]  [Воскобойников. Минералогическое описание полуострова Апшерона, составляющего Бакинское ханство. Горный журнал, вып. 9, Санкт-Петербург-1827]

Bakı xanlığında ikinci mühüm gəlir mənbəyi Masazır, Zığ, Qala, Balaxanı göllərindən çıxarılan duz idi. Duz Şamaxı, Şəki xanlıqlarına, Rusiya və İrana ixrac edilirdi. Əsas duz mənbələri Masazır və Zığ gölləri idi: bu iki göl həm yaxın yerləşirdi, həm də məhsuldarlığa və duzun keyfiyyətinə görə daha sərfəli idi. [Ашурбейли С.Б. Очерк истории средневекового Баку. Баку-1964]

K.Qablits qeyd edirdi ki, Bakı xanlığının kəndlərinin sakinləri bağçılıqla və qismən maldarlıqla məşğul olurdular. [К.И.Габлиц. Исторический журнал бывшей в 1781 и 1782 гг. на Каспийском море Российской эскадры под командой флота капитана 2-го ранга графа Воиновича, с картою оного моря. Москва-1809]

Abşeron yarımadasının cənub-şərq hissəsində, yararlı torpaqları olmayan bəzi kəndlər istisna olmaqla, zəfəran becərilirdi. 1816-cı ilin məlumatlarına görə, burada 1207 zəfəran bağı var idi ki, onları təkcə kənd yox, həm də şəhər sakinləri becərirdilər. Zəfərandan müxtəlif məqsədlərlə - boya, ədviyyat, dərman və dezinfeksiya üsulu kimi istifadə olunurdu. Xanlıqda zəfəranın saxtalaşdırılması da müşahidə olunurdu və buna görə 100 rubldan 200 rubla qədər cərimə nəzərdə tutulurdu.

Bakıda həm də, əsasən, Rusiyadan alınan qalaydan, dəmirdən, poladdan müxtəlif metal məmulatlarının hazırlanması ilə məşğul olurdular. Bakıda zərbxana var idi və zərgərlik işi inkişaf edirdi. Burada qadınlar üçün hazırlanan qızıl-gümüş zinət əşyaları, bilərziklər, kəmərlər, sırğalar və s. xanlıqdan kənarda da məşhur idi.

Bakı yaxınlığında müxtəlif növ gillərin olması dulusçuluğun inkişafı üçün şərait yaradırdı. Burada bəzi növ keramika qablar hazırlanırdı. [Искендерова М.С. Бакинское ханство. Баку-1999]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər