top
Bakı xanı Məlik Məhəmməd necə həbs edilmişdir
05 sentyabr 2022, 13:38
- +

Bakı xanı Məlik Məhəmməd necə həbs edilmişdir

1779-cu ilin bahar günlərindən birində qubalı Fətəli xan Bakıya səfər edir. Bakı xanı Məlik Məhəmməd qaynını təzəcə tikdirdiyi Xan evində qəbul edir. Böyük sahəni əhatə edən Xan evinin həyətində iri, fəvvarəli hovuz tikilmiş, ətrafında gül-çiçəklər əkilmişdi. Məlik Məhəmməd də hörmətli qonağını məhz bu həyətdə qəbul edir. Yerə əlvan xalılar sərilir, yumşaq mütəkkələr düzülür. Süfrələrə hər cür nemət düzülmüşdü. Söhbət adi məişət məsələlərindən getsə də, Məlik Məhəmməd Fətəli xanın sözlü adama oxşadığını hiss edirdi. Yeznə ilə qayın tək qaldıqdan sonra Fətəli xan dedi:

- Bir ildir ki, Qarabağ xanı İbrahim xanla küsülüyəm. Bunu belə qoymaq olmaz. Qarabağ böyük xanlıqdır. Bilmək olmaz, ona işimiz düşə bilər.

- İndi fikrin nədir? - deyə Məlik Məhəmməd soruşdu.

- Fikrim barışmaqdır. Gözləyirdim ki, onun özü elçi göndərər. Nə olar, o göndərmir, biz göndərərik.

Məlik Məhəmməd fikirləşdi ki, Fətəli xanın oğlu Əhməd xan artıq yetkin cavandır, yəqin onu göndərmək fikrindədir.

- Əhməd xanı göndərmək istəyirsən?

- Yox, o, hələ uşaqdır, oraya etibarlı, hörmətli bir adam getməlidir. İstəyirəm ki, sən gedəsən.

- Mən? - Məlik Məhəmməd təəccübləndi.

- Bəli, başqasına etibarım yoxdur.

Məlik Məhəmməd başa düşürdü ki, Fətəli xan oğlunu göndərməyə çəkinir. Bilir ki, İbrahim xan ağır xasiyyətli adamdır, hər şey gözləmək olar. Ancaq təklifdən boyun qaçıra bilmədi. [Qılman İlkin. Köhnə Bakını tanıyırsanmı. Bakı-2004]

Ertəsi gün Məlik Məhəmməd Şuşaya yola düşdü. İyirmi gün keçəndən sonra Məlik Məhəmmədi müşayiət etmiş atlılar qayıdıb xəbər verdilər ki, İbrahim xan Məlik Məhəmmədi həbsə almışdır. Yoldaşı Xədicə Bikə tez qardaşına xəbər göndərdi. Fətəli xan cavab məktubunda ona təsəlli verib yazdı ki, qorxulu bir şey yoxdur, Məlik Məhəmməd tezliklə qayıdacaqdır.

Aylar keçir, Məlik Məhəmməddən heç bir xəbər gəlmirdi, Fətəli xan isə İbrahim xanla müharibə etmək istəmirdi. İki il keçdi, İbrahim xanın amansızlığı onun səbrini tükəndirdi. O, 8 minlik qoşunla Şuşa üzərinə yürüşə başladı. Bunu görən İbrahim xan qan tökmədən Məlik Məhəmmədi azad etməyə məcbur oldu. İki il həbsdə oturmaqdan Məlik Məhəmmədin saçları tamam ağarmışdı. [Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı-2009]

Bundan sonra bədəncə zəifləmiş Məlik Məhəmməd oğlu Mirzə Məhəmmədin xeyrinə xanlıqdan əl çəkir. Ozü isə Nəcəf şəhərinə ziyarətə gedir və Bağdad yaxınlığında ölür. [Bakıxanov Abbasqulu ağa. Gülüstani-İrəm. Bakı-2000]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər