top
Bakı real məktəbi: Həsən bəy Zərdabi burada dərs deyirdi
20 fevral 2024, 19:00
- +

Bakı real məktəbi: Həsən bəy Zərdabi burada dərs deyirdi

Bakı real məktəbi Bakıda, İçərişəhər metrosunun yanında, İstiqlaliyyət küçəsi, 6-da yerləşib. Məktəbin binası 1901-ci ildə inşa olunub. Binanın memarı rus mühəndisi Dmitri Buynov olub. [https://pastvu.com/p/310805]

Bakı real məktəbi 1874-cü ildə Bakı real gimnaziyasının əsasında yaradılmışdır. Əvvəllər gimnaziya Qubernskaya (indiki Nizami) küçəsindəki binada yerləşirdi. 1891-ci ildə Şəhər Duması real məktəbin binasının tikintisi üçün keçmiş Nikolayevskaya küçəsində sahə ayırdı. Onun layihəsi hələ 1892-ci ildə Bakı qubernatoruna təqdim edilmiş, lakin nöqsanlara görə layihə qəbul edilməmişdir. Mühəndis Buynovun tərtib etdiyi real məktəbin layihəsi 1900-cü illərin əvvəllərində təsdiq edilmişdir. [Бакинское реальное училище — OurBaku] [https://bakucity.preslib.az/az/page/J3KPlhnUsM]

Məktəbdə təbiət və dəqiq elmlərin öyrənilməsinə xüsusi diqqət yetirilirdi. Burada şagirdlərin sərbəst müşahidələr apardığı meteoroloji stansiya mövcud idi. Məktəbin əsas cihazları və dərslikləri şagirdlər tərəfindən hazırlanırdı. Onların əmək, rəsm, modelləşdirmə işləri Rusiya və Qafqazda keçirilən sənaye və incəsənət sərgilərində dəfələrlə nümayiş etdirilirdi və mükafatlar qazanırdı. Məktəbdə məşhur Litva yazıçısı V.İ.Mitskeviçin rəhbərlik etdiyi ədəbi və ifadəli qiraət dərnəkləri fəaliyyət göstərirdi.

Şagirdlərin müəyyən hissəsi dövlət hesabına təhsil alırdı. Bakı milyonçusu Musa Nağıyev məktəbə maliyyə yardımı edirdi. Nəriman Nərimanov, Həsən bəy Zərdabi Bakı real məktəbində dərs deyirdilər. [Azərbaycan Milli Ensiklopediyası. III cild. Bakı-2011]

Bakı real məktəbi 1920-ci ilə qədər mövcud olmuşdur, sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığı yanında Bakı Xalq Maarifi İdarəsinin tabeliyinə keçmişdir. Sonralar binada Azərbaycan Dövlət Universiteti yerləşirdi. Universitet yeni binaya köçürüldükdən sonra bu bina Xalq Təsərrüfatı İnstitutuna (Narxoz) verilib.

Hazırda binada Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) fəaliyyət göstərir.

[https://pastvu.com/p/310805

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər