top
Bakını zəbt etmək arzusundan başını itirən general Sisianov
16 fevral 2023, 19:00
- +

Bakını zəbt etmək arzusundan başını itirən general Sisianov

1803-1804-cü illərdə, Gəncənin işğalından sonra knyaz Pavel Sisianov Bakını ələ keçirmək üçün hərbi hərəkata başlayır. Onun çoxsaylı məktublarına baxmayaraq, bakılı Hüseynqulu xan Rusiyaya tabe olmaqdan imtina edir. Qəzəblənmiş Sisianov 1805-ci ildə general-mayor Zavalişinin rəhbərlik etdiyi rus donanmasına Bakını mühasirəyə almağı əmr edir. Lakin Quba və Dərbənd xanlarının köməyi ilə Bakı xanı rusları məğlub edir.

Bu uğursuzluqdan sonra Sisianov rus qoşunlarının Bakıya yürüşünə şəxsən rəhbərlik edəcəyini bildirir və xana elan edir: “Gəncəni aldığım kimi, Bakını da almağa gəlirəm, ya da onun divarları altında ölməyə”.

Pavel Sisianov 30 yanvar 1806-cı ildə Bakıya yaxınlaşır. O, Hüseynqulu xana 4 maddədən ibarət təslim olmaq təklifini göndərir:


  • Rus qarnizonu Bakıda yerləşdiriləcək;

  • Gəlirlər Rusiya hakimiyyəti tərəfindən idarə ediləcək;

  • Tacirlər üçün ticarət azadlığı təmin ediləcək;

  • Xanın böyük oğlu Sisianova əmanət kimi təslim ediləcək.


Sisianovun məktub və hədələrindən sonra Hüseynqulu xan Rusiyaya tabe olmağa razı olduğunu bildirir. Bunu gözləməyən general xana daha bir məktub yazır və orada onu dost və qardaş adlandırır. Bu, Sisianovun son məktubu idi. [Иванов Р.Н. Азербайджанская быль, российское пришествие и персидские мотивы. Москва-2011]

8 fevral 1806-cı ildə general Pavel Sisianov 200 zabiti ilə şəhər qalasına yaxınlaşır. Hüseynqulu xanın elçisi əlində tutduğu duz-çörəklə və şəhərin açarları ilə Sisianovu qarşılayır. Elçilər Hüseynqulu xanın qala qapısının yanında açarları Sisianova şəxsən təqdim etmək istədiyini bildirirlər. General buna razılaşır.

Sisianov knyaz Eristov və bir mühafizəçinin müşayiəti ilə qala qapısına yaxınlaşır. Hüseynqulu xan öz məiyyəti: İbrahim bəy, Kazım bəy, Kərim bəy və başqaları ilə birlikdə onları qarşılayır. Hüseynqulu xan Sisianova açarları uzadan zaman xanın qohumu yaxın məsafədən iki atəş açaraq generalı və knyaz Eristovu öldürür. Bu zaman Hüseynqulu xan xəncərini çıxarıb generalın başını kəsir.

Bu hadisədən sonra rus qoşunları hücuma keçmək əvəzinə, gözlənilmədən geri çəkilirlər. Sisianovun başı İrana, Fətəli şaha hədiyyə göndərilir, başsız cəsədi isə qala qapısının önündə basdırılır. [Дубровин Н.Ф. Закавказье от 1803-1806 года. Санкт-Петербург-1866]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər